06:14 11 Dekabr 2016
Canlı yayım
Şamaxı rəsədxanası

Şamaxı rəsədxanasının direktoru işdən yeyintilərə görə çıxarılmayıb

faktxeber
XƏBƏRLƏR
Qısa URL
68 0 0

AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Baba Əliyev direktorun öz ərizəsi ilə işdən çıxdığını deyib.

BAKI, 25 iyun — Sputnik. Şamaxı rəsədxanasında yoxlamalar zamanı maliyyə yeyintisinin üzə çıxması və buna görə Əyyub Quliyevin direktor vəzifəsindən azad edilməsi ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur. Bu cür xəbərlər Akademiyaya qarşı aparılan piar kampaniyasının tərkib hissəsidir.

Sputnik xəbər verir ki, bunu APA-ya açıqlamasında AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Baba Əliyev deyib. Əliyevin sözlərinə görə, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev və Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov tutduqları vəzifədən öz istəkləri ilə azad ediliblər: “Nə Adil Qəribov 65 yaşa görə, nə də Əyyub Quliyev maliyyə yeyintisinə görə tutduqları vəzifədən azad ediliblər. Onlar öz ərizələri, şəxsi istəkləri əsasında vəzifədən azad olunub. Ərizə isə hüquqi sənəddir”.

Əliyev qeyd edib ki, Qəribov Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyindəki “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsində qalmaqdadır.

AMEA Rəyasət Heyətinin dünən keçirilən iclasında Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Quliyev və Radiasiya Problemləri İnstitutunun direktoru Qəribov tutduqları vəzifədən azad ediliblər.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru vəzifəsinə AMEA-nın müxbir üzvü Namiq Cəlilov, Radiasiya Problemləri İnstitutunun direktoru vəzifəsinə isə Oqtay Səmədov təyin olunublar.

Əsas mövzular