22:02 02 Dekabr 2016
Canlı yayım
əsgərlər

Silahlı Qüvvələr Günü münasibətilə silsilə tədbirlər keçirilir

© AZƏRTAC.
XƏBƏRLƏR
Qısa URL
7 0 0

Silahlı Qüvvələrin yaradılmasının 97-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələri və qarnizon (Bakı, Gəncə, Lənkəran və Naxçıvan) zabitlər evlərində tədbirlər planlaşdırılıb.

BAKI, 25 iyun — Sputnik. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən Silahlı Qüvvələrin yaradılmasının 97-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələri və qarnizon (Bakı, Gəncə, Lənkəran və Naxçıvan) zabitlər evlərində tədbirlər planlaşdırılıb.

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, plana uyğun olaraq Şəhidlər Xiyabanları ziyarət olunur, Silahlı Qüvvələr və müharibə veteranlarının şəxsi heyətlə görüşləri təşkil edilir. Bundan başqa yerli icra hakimiyyəti rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, veteran təşkilatlarının, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə silsilə mədəni-kütləvi tədbirlər keçirilir, şəxsi heyətin təntənəli keçidləri, hərbi orkestrlərin parklarda çıxışları, ordu haqqında filmlərin nümayişi və digər silsilə tədbirlər keçirilir.

Əsas mövzular