14:17 04 Dekabr 2016
Canlı yayım
XƏBƏRLƏR

Rəsmi Moskva İrəvandan xəbər gözləyir

XƏBƏRLƏR
Qısa URL
Elektrik üsyanı (17)
41 0 0

Rusiya XİN başçısının müavini Qriqori Karasin: Rusiya Ermənistanda hakimiyyətlə aksiya iştirakçıları arasında kompromisin əldə olunacağına inanır.

BAKI, 25 iyun — Sputnik. Rusiya Ermənistanda hakimiyyətlə aksiya iştirakçıları arasında kompromisin əldə olunacağına inanır.

Sputnik Rusiya mətbuatına istinadən xəbər verir ki, belə bir bəyanatla Rusiya XİN başçısının müavini Qriqori Karasın çıxış edib.

“Biz son günlərdə Ermənistanda baş verənləri diqqətlə izləyirik. İnanırıq ki,  hadisələr hüquqi çərçivədən kənara çıxmayacaq”, — deyə nazir müavini bəyan edib.

"Ermənistan hakimiyyətinin müdrikliyinə" inanan Rusiya XİN rəsmisi hesab edir ki, vəziyyətdən çıxış yolu tapılacaq və məsələ öz həllini tapacaq: “Elə bir həll yolu tapılmalıdır ki, bundan həm etirazçılar razı qalsın, həm da hakimiyyət.  Odur ki, İrəvandan xəbər gözləyirik.”

Ermənistandakı hadisələrin xarici qüvvələr tərfindən idarə olunmasına gəldikdə isə Karasin deyib ki, bunu sübut etmək lazımdır: “Biz hadisələri bu məcraya yönəldən bütün detalları araşdıracağıq. İndiki məqamda  hər hansı qeyri-dəqiq və tez deyilən fikir düz olmazdı.”

Mövzu:
Elektrik üsyanı (17)

Əsas mövzular