23:47 06 Dekabr 2016
Canlı yayım
Ebola virusu

Eboladan ölənlərin sayı 11 mini keçdi

usnews.com
XƏBƏRLƏR
Qısa URL
22 0 0

Qərbi Afrikada “Ebola” virusundan ölənlərin sayı 11 200 nəfərə çatıb.

BAKI, 25 iyun — Sputnik. Qərbi Afrikada “Ebola” virusundan ölənlərin sayı 11 200 nəfərə çatıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) növbəti açıqlamasında bildirilir.

Iyunun 16-dan etibarən Qərbi Afrikada 38 nəfər ölümcül virusun qurbanı olub, xəstəliyə 134 yeni yoluxma halları qeydə alınıb.

Epidemiya başlanandan Qvineya, Liberiya və Syerra-Leonedə 27 443 yoluxma, 11 207 ölüm halı qeydə alınıb. Liberiyada 10 666 yoluxma və 4 806 ölüm halı qeydə alınıb.

Mayın 9-da Ümumdünya Səhiyyə Təşkilatı Liberiyanı  virusdan tam azad olduğunu elan edilib. Lakin Qvineyada və Syerra Leonedə xəstəlik tügyan etməkdə davam edir. Sierra-Leonedə xəstəliyə 13 059 nəfər yoluxub, 3 928 nəfər ölüb,  Qvineyada 3 718 nəfər xəstələnib, 2 473 nəfər həyatını itirib.

Bundan başqa Mali, Nigeriya, Seneqal, İspaniya, Böyük Britaniya və ABŞ-da da Ebola virusuna yoluxma halları qeydə alınıb.

Əsas mövzular