03:50 04 Dekabr 2016
Canlı yayım
XƏBƏRLƏR

RF Qərbin sanksiyalarına qarşı cavab tədbirlərinin müddətini uzadıb

XƏBƏRLƏR
Qısa URL
3 0 0

Vladimir Putin: Rusiyanın Qərbə qarşı cavab sanksiyalarının müddəti bu gündən başlayaraq bir il uzadılır.

BAKI, 24 iyun — Sputnik. Rusiyanın Qərbə qarşı cavab sanksiyalarının müddəti bu gündən başlayaraq bir il uzadılır.

Bunu Rusiya prezident Vladimir Putin deyib.

“Hökumət sədri tərəfdaşlarımızın bizə qarşı sanksiyalarına cavab olaraq sanksiyaların uzadılması ilə bağlı müraciət edib. Bu gün Rusiya Federasiyasının təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi iqtisadi tədbirlərin görülməsi barədə sərəncam imzaladım. Hökumət sədrinin də təklif etdiyi kimi, biz də cavab tədbirlərinin müddətini bu gündən başlayaraq bir il uzadırıq. Hesab edirəm ki, bu, yerli kənd təsərrüfatı istehsalçıları üçün yaxşı istiqamət olacaq”, — deyə Rusiya prezidenti bildirib.  

Əsas mövzular