11:54 11 Dekabr 2016
Canlı yayım
XƏBƏRLƏR

MHP parlament sədrliyinə Ekmələddin İhsanoğlunun namizədliyini verib

XƏBƏRLƏR
Qısa URL
7 0 0

CHP-nin namizədi Dəniz Baykal, HDP-nin namizədi isə Dengir Mir Mehmet Fıratdır

BAKI, 24 iyun — Sputnik. Milliyyətçi Hərəkat Partiyasının (MHP) Türkiyə böyük Millət Məclisinin (TBMM) sədri vəzifəsinə namizədi müəyyənləşib. 

Sputnik Habertürk-ə istinadən xəbər verir ki, MHP bu vəzifəyə İstanbul millət vəkili, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlunu namizəd göstərib. Artıq İhsanoğlu namizədlik üçün rəsmən müraciət edib. 

Cümhuriyyət Xalq Partiyası (CHP) Dəniz Baykalın, Xalqların Demokratik Partiyası (HDP) Dengir Mir Mehmet Fıratın namizədliyini irəli sürüb. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi hələlik açıqlanmayıb.

Türkiyə müxalifəti daha əvvəl Ekmələddin İhsanoğlunu Rəcəb Tayyib Ərdoğana alternativ olaraq prezidentliyə müxalifətin vahid namizədi kimi irəli sürmüşdü.    


Əsas mövzular