23:52 06 Dekabr 2016
Canlı yayım
Təhsil naziri Mikayıl Cabbarov

Gələn ildən orta məktəblərdə dərslər 14 iyunda qurtaracaq

aznews.az
XƏBƏRLƏR
Qısa URL
23811

Mikayıl Cabbarov 2015-2016-cı tədris ilində orta ümumtəhsil məktəblərində tətil günlərinin vaxtı ilə bağlı əmr imzalayıb

BAKI, 24 iyun — Sputnik. Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun imzaladığı əmrlə 2015-2016-cı tədris ilində orta ümumtəhsil məktəblərində tətil günlərinin vaxtı məlum olub. 

Sputnik Təhsil Nazirliyinin xəbərinə istinadən bidirir ki, Azərbaycanın ümumi təhsil məktəblərində dərs məşğələləri bu il sentyabrın 15-i başlayıb, gələn il iyunun 14-də başa çatır.

Əmrə əsasən dərs ili iki yarımilə bölünür: birinci yarımil — 15 sentyabr — 26 yanvar. İkinci yarımil — 1 fevral — 14 iyun.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib: 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün isə 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilir.

Əsas mövzular