17:44 03 Dekabr 2016
Canlı yayım
Tevan Poqosyan - Ermənistan deputatı

Erməni deputatdan şok etiraf

panarmenian
XƏBƏRLƏR
Qısa URL
155 0 0

Tevan Poqosyan hakimiyyət çıxış yolu tapmasa, aksiyaların sonunda Ermənistanın dağıla biləcəyini deyib.

BAKI, 24 iyun-Sputnik. Erməni deputat şok etirafla çıxış edib. Əgər biz düzgün siyasət yürütməsək, bu ölkənin dağılmasına gətirib çıxaracaq.

Sputnik Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin “İrs” fraksiyasından olan deputatı Tevan Poqosyan İrəvandakı son mitinqlər zaman yaranmış durumu şərh edərkən deyib.

“Mən bütün vaxtı Baqramyan küçəsində olmuşam və deyə bilərəm ki, bizim  çox gözəl gənclərimiz var” — deyə Poqosyan vurğulayıb.

Onun sözlərinə görə, vəziyyətdən çıxış yolu tapılmalıdır və etirazçılarla hakimiyyət arasında  mütləq danışıq olmalıdır. O əlavə edib ki, Ermənistanda  yaranmış vəziyyətdən hər bir digər ölkə öz maraqları  və xeyri üçün istifadə etməyə çalışacaq: “Ona  görə də elə bi şərait yaratmalıyıq ki, kənar qüvvələr daxili proseslərə müdaxilə edib öz məqsədlərinə nail ola bilməsinlər.”

Poqosyan əlavə edib ki, vəziyyətin düzəlməsi tərəflərdən asılıdır: “Onlar danışıqlara  hazırdırmı? Aksiya iştirakçılarının mövqeyi qətidir. Onlar hesab edirlər ki, hakimiyyət vəziyyətdən çıxışın münasib bir yolunu tapmalıdır. Hesab edirəm ki, əks təqdirdə bizi çox çətin bir situasiya gözləyir. Bu proseslər ölkənin dağılmasına gətirib çıxara bilər.”

 

Əsas mövzular