23:47 06 Dekabr 2016
Canlı yayım
Dilek Öcalan - TBMM millət vəkili

Türk nazir Öcalanla üzünü turşudaraq salamlaşıb

ensonhaber
XƏBƏRLƏR
Qısa URL
11 0 0

Nazir Faruk Çelikin PKK lideri Abdullah Öcalanın yeni millət vəkili seçilən qardaşı qızı Dilek Öcalanla həvəssiz salamlaşmasından türk mediası sensasiya düzəldib.

BAKI, 24 – Sputnik. 25-ci çağırış Türkiyə Böyük Millət Məclisinin açılış mərasimində əsas diqqət hazırda həbsdə olan PKK lideri Abdullah Öcalanın yeni millət vəkili seçilən qardaşı qızı Dilek Öcalanda olub.  

Dilek Öcalan 7 iyunda parlamentə keçirilən seçkilərdə Xalqların Demokratik Partiyasından (HDP) Şanlıurfa millət vəkili seçilib. 

Yüksək əhval ruhiyyədə olduğu müşahidə edilən Dilek Öcalanın, Əmək və Sosial Müdafiə naziri Faruk Çeliklə salamlaşma görüntüsü ən çox müzakirə edilən mövzular arasında yer alıb. Türk mediası bu salamlaşmadan sensasiya düzəltməyə cəhd göstərib. 

Nazirin Öcalanla üzünü turşudaraq, həvəssiz görüşməsi kameralar tərəfindən qeydə alınıb.  


Əsas mövzular