03:49 04 Dekabr 2016
Canlı yayım
Balta - Топор

Dəhşətli cinayət - oğul ailənin 4 üzvünü balta ilə öldürdü

© Foto: JanDix/pixabay
XƏBƏRLƏR
Qısa URL
101 0 0

Rusiyanın Perm Diyarının Uqleuralski qəsəbəsinin sakini öz ailəsinin dörd üzvünü - ata, ana, nənə və kiçik qardaşını balta ilə öldürüb.

BAKI, 24 iyun-Sputnik. Oğul ailənin bütün üzvlərini balta ilə öldürüb. Sputnik Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Perm Diyarının Uqleuralski qəsəbəsinin sakini dörd nəfər öz ailə üzvünü — ata, ana, nənə və kiçik qardaşını balta ilə öldürüb. Daha sonra isə evi yandırıb. Hadisəni törədənin adı bildirilməsə də, dəhşətli cinayəti törədən şəxs polis tərəfindən saxlanılıb və hazırda istintaq gedir. Onun barəsində  “iki və daha çox adam öldürmək” maddəsi ilə cinayət işi açılıb.

1991-ci il təvəllüdlü bu şəxs əvvəlcə şəxsi qərəzi olan 17 yaşlı qardaşının başına balta ilə vurub və sonra onun başını kəsib. Bundan sonra o evə gələrək ailəninin digər üzvlərini, nənəsini və anasını həmin baltayla öldürüb. Atası evdə olmadığından o, əmisinin maşını ilə qonşuluqdakı Qubax şəhərinə gedib və bir gündən sonra evə qayıdaraq atasının işdən dönməsini gözləyib. Atası işdən evə döndükdən sonra eyni balta ilə onu da öldürüb. Atasının öldüyünə əmin olduqdan sonra cani evə benzin tökərək od vurub. Bundan sonra yenə əmisinin maşını ilə Qubax şəhərinə dönüb. Hüquq-mühafizə orqanlarının operativ axtariş əməliyyatı nəticəsində dəhşətli cinayəti törədən şəxs saxlanılıb.


Əsas mövzular