03:48 04 Dekabr 2016
Canlı yayım
Petkim, Socar

SOCAR Petkim-dəki səhmlərinin bir hissəsini satışa çıxarır

© azpolitika.info
XƏBƏRLƏR
Qısa URL
8 0 0

“SOCAR Turkey Enerji A.Ş.” “Petkim PetroKimya Holding A.Ş.”dəki səhmlərinin bir hissəsinin satışı ilə bağlı yaxın günlərdə yenidən İstanbul Fond Birjasına müraciət edəcək.

BAKI, 24 iyun — Sputnik. “SOCAR Turkey Enerji A.Ş.” “Petkim PetroKimya Holding A.Ş.”dəki səhmlərinin bir hissəsinin satışı ilə bağlı yaxın günlərdə yenidən İstanbul Fond Birjasına müraciət edəcək.

Sputnik xəbər verir ki, “İyunun 25-də və sonrakı günlərdə əsas pay sahibi olduğumuz “Petkim PetroKimya Holding A.Ş.”nin iyunun 8-də satılmasını ləğv etdiyimiz hissələrinin satışı üçün İstanbul Fond Birjasına müraciət edəcəyik.” — deyə “SOCAR Turkey Enerji A.Ş.”nin yaydığı məlumatda bildirilir.

Ayın əvvəlində “SOCAR Turkey Enerji A.Ş.” “Petkim PetroKimya Holding A.Ş.”dəki səhmlərinin 1,6 faizini “BCM Global Fund” şirkətinə satacağı barədə məlumat yaymış və sonradan şirkət satqı əməliyyatından imtina etmişdi.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” adı ilə davam etdirir. “Petkim PetroKimya Holding A.Ş.”nin səhmlərinin 61,32 faizi SOCAR-a məxsusdur.

Əsas mövzular