06:14 11 Dekabr 2016
Canlı yayım
XƏBƏRLƏR

ABŞ İsrailin təhlükəsizliyi üçün Fransa prezidentlərini izləyib

XƏBƏRLƏR
Qısa URL
6 0 0

Xəbər yayıldıqdan dərhal sonra Fransa prezidenti Olland Milli Təhlükəsizlik Şurasını təcili toplantıya çağırıb.

BAKI, 24 iyun — Sputnik. ABŞ milli təhlükəsizlik agentliyinin 2006-2012-ci illər arası seçilmiş Fransa prezidentlərini dinlədiyi üzə çıxıb.
Bu barədə Wikileaks internet səhifəsində raport yayımlanıb. 

Raportla sızdırılan məlumatlar Fransanın Liberation qəzetində və Mediapart xəbər portalında geniş yer tutub. 
Birləşmiş Ştatlar Milli Təhlükəsizlik agentliyinin, eks prezidentlər Jak Şirak, Nikola Sarkozi və hazırki dövlət başçısı Fransua Ollandı dinlədiyi qeyd olunur.
Xəbər yayıldıqdan dərhal sonra Fransa prezidenti Olland Milli Təhlükəsizlik Şurasını təcili toplantıya çağırıb. 
Fələstin məsələsi ilə bağlı Fransa prezidentlərinin apardığı telefon danışıqları xüsusilə izlənilib. Bu barədə raportda geniş məlumat verilir.
Keçən ilin dekabrında, Fransa parlamenti Fələstini dövlət olaraq tanımaqla bağlı qərar qəbul etmişdi. Parlamentin qəbul etdiyi qərara İsrail sərt reaksiya vermişdi.

Əsas mövzular