18:38 10 Dekabr 2016
Canlı yayım
Aydın Mirzəzadə - millət vəkili

Ermənistanın bir dövlət kimi varlığı sual altındadır

youtube
XƏBƏRLƏR
Qısa URL
21 0 0

Aydın Mirzəzadə: Aksiyalar Ermənistan hakimiyyətinin işğalçılıq siyasətinin məntiqi nəticəsidir.

BAKI, 24 iyun-Sputnik. Ermənistan hakimiyyəti vətəndaşlarının haqlı  izdihamlı etriaz aksiyalarını dağıtsa da, ölkədəki problemi həll etmək iqtidarında deyil, problemlər qalmaqdadır və qalacaq da.

Bunu Sputnik-ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Ermənistanın bu acınacaqlı vəziyyətə düşməsinin və bu vəziyyətdən çıxa bilməməsinin ən əsas səbəbi Azərbaycana qarşı apardığı işğalçılıq siyasətidir. “Bu ölkədə problemlərin yaranması və ağır iqtisadi-sosial vəziyyətlə üzləşməsi məhz Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin məntiqi nəticəsidir və bu belə də olmalı idi” — deyə  millət vəkili qeyd edib.

Mirzəzadə bildirdi ki, bu günlərdə dünyanın diqqəti Ermənistanın paytaxtı İrəvana yönəlib: “Diqqətin yönəlməsinə səbəb isə ölkə əhalisinin ağır iqtisadi-sosial məngənələrdən əziyyət çəkməsi, qiymətlərin qalxması, iqtisadi böhran və hakimiyyətin xalqına qarşı soyğunçuluq siyasətidir. Ən sonuncusu isə elektrik enerjisinin tarifinin qaldırılmasıdır ki, bu da insanların etirazına, küçələrə axmasına səbəb olub.”

Millət vəkili hesab edir ki, elektrik enerjisinin tarifi elə də çox yox, sadəcə 6,93 Ermənistan dramı qalxıb. Bu isə ABŞ dolları ilə 1,45 sent edir: “Qaldırıldıqdan sonra Ermənistanda elektrik enerjisi üçün tarif 41,85 dramdan 48,78 drama qalxıb ki, bu da ABŞ dolları ilə 10 sent edir. Nə artım, nə də yeni qiymət dünya ölkələri üçün elə də yüksək deyil. Sadəcə kasıb Ermənistan cəmiyyəti bu qiymətləri ödəmək imkanında deyil.”

Mirzəzadənin firkincə, İrəvandakı nümayişləri müxalifət qüvvələri təşkil etməyib və onlar ümumiyyətlə bu aksiyala qatılmırlar: “Nümayişçilər əsasən 30 yaşına qədər olan gənclərdir və onlar hökumət əleyhinə şüarlar səsləndirmirlər. Ancaq bu, Ermənistan əhalisinin cəmiyyətin sabahı olan hissəsidir ki, onları da sabaha ümidləri qalmayıb və daha hökumətin qoyduğu qaydalarla yaşaya bilmirlər. İki gündür ki, güc strukturları nümayişləri dağıdır, fəalları həbs edirlər. Hətta vəziyyət o həddə çatıb ki, İrəvan polis bölmələrində müvəqqəti saxlama yerlərində yer çatışmadığına görə saxlananları digər rayonların polis bölmələrinə aparırlar. Bütün bu tədbirlərə baxmayaraq, insanlar yenə də nümayişlərə çıxmaqda davam edirlər.”

Millət vəkili hesab edir ki, Ermənistan öz yeritdiyi siyasətin qurbanına çevirilib: “Düşdüyü ağır vəziyyət artıq cəmiyyətin sosial üsyanına səbəb olur. İzdihamları dağıtmaqla nisbi sakitlik yaratmaq olar, ancaq problemi həll etmək mümkün deyildir.”

Mirzəzadənin qənaətinə görə, Ermənistanın bu vəziyyətə düşməsinin səbəbi onun qonşu dövlətlərə qarşı torpaq iddiası və işğalçılıq siyasəti olubsa, vəziyyətdən çıxış yolu da bu iddialarından geri durması olacaq.  “Nə qədər ki, Ermənistan bu iddialardan geri çəkilməyib, bu ölkəni daha pis fəlakətlər gözləyir. Hətta Ermənistanın bir dövlət kimi varlığı sual altındadır. Odur ki, nə qədər gec deyil, Ermənistan qonşularına qarşı ərazi iddialarından və işğalçılıq siyasətindən əl çəkib normal münasibətlər qurmalıdır. Əks təqdirdə Ermənistandakı böhran daha da dərinləşəcək. Bu mənasız iddialardan yalnız erməni cəmiyyəti və xalqı əziyyət çəkəcək. Sonda bu proses “çox istəyən azdan da olar” misalında olduğu kimi, Ermənistanın bir dövlət kimi məhvinə gətirib çıxara bilər.” – deyə Mirzəzadə əlavə edib. 

 

 

Əsas mövzular