03:49 04 Dekabr 2016
Canlı yayım
Beynəlxalq Qızıl Xaç Komitəsi

Azərbaycan itkin düşən hərbçilərlə bağlı BQXK-yə müraciət edib

lider
XƏBƏRLƏR
Qısa URL
8 0 0

Beynəlxalq Qızıl Xaç Komitəsi neytral vasitəçi olaraq tərəflərlə həmin şəxslərin taleyinə aydınlıq gətirmək üçün dialoq aparır.

BAKI, 24 iyun-Sputnik. Azərbaycan Silahlı Qüvvələrinin iki hərbçisinin itkin düşməsi ilə bağlı Azərbaycanın hakimiyyət orqanları Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət edib.

Bu barədə Sputnik-ə açıqlamasında  BQXK-nin  Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova  məlumat verib. Hüseynova deyib ki, BQXK öz növbəsində  neytral vasitəçi olaraq tərəflərlə həmin şəxslərin taleyinə aydınlıq gətirmək üçün dialoq aparır.

Ötən gün Azərbaycan Müdafiə Nazirliyi iki hərbçinin itkin düşməsi barədə məlumat yayıb. Məlumata görə, iyunun 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində, qoşunların təmas xəttində, mövqe istiqamətində hərəkət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, kiçik çavuş Musayev Musa Sabir oğlu və kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun dağ-meşə şəraitində yolu azmaları və qarşı tərəfdə olduqları ehtimal edilir.

 

Əsas mövzular