14:17 04 Dekabr 2016
Canlı yayım
Emin Hüseynov- RATİ-mühacir

CNN-in Azərbaycanla bağlı ən böyük tapıntısı - Emin Hüseynov

axtar.az
XƏBƏRLƏR
Qısa URL
45 0 0

Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov CNN-i ironik dillə tənqid edib

BAKI, 24 iyun — Sputnik. CNN üçün son illərdə Azərbaycanda baş verən ən böyük hadisə Emin Hüseynov adlı birisini tapıb söhbət etmək olub.

Bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb.

Sputnik xəbər verir ki, Novruz Məmmədov öz tvitində ironik dillə CNN-i tənqid edib: “Gördünüz CNN-in Amanpuru necə “ədalətli və dahi” jurnalistdir?! Son illərdə Azərbaycanla bağlı ən böyük hadisəni dünya ictimaiyyətinə təqdim etmək şansı qazanıb.

Nəhayət həsrətlə gözlədiyi Emin Hüseynov adlı birisini tapıb onunla söhbətə düz 10 dəqiqə həsr edib. CNN üçün son illərdə Azərbaycanda baş verən ən böyük hadisə bu olub. İndi başlayacaqlar, Emin Hüseynovu qəhrəman etməyə. Amanpura isə Nobel mükafatı düşür.”

Əsas mövzular