18:33 10 Dekabr 2016
Canlı yayım
İŞİD dinarı

İŞİD öz valyutasını buraxmağa başlayır

© Flickr/
XƏBƏRLƏR
Qısa URL
29 0 0

1 İŞİD dinarı 139 ABŞ dolları dəyərində olacaq.

BAKI, 24 iyun-Sputnik. İŞİD terrorist təşkilatı öz valyutasını hazırlayıb və yaxın zamanlarda dövriyyəyə buraxmaq niyyətindədir. Sputnik The Telegraph-a istinadən xəbər  verir ki, İŞİD-in yeni valyutası dinar olacaq və 1 qızıl dinarın dollara olan ekvivalenti 139 ABŞ dolları dəyərində olacaq.

Artıq İŞİD-in valyutasının fotoları sosial şəbəkələrdə yayılıb. İŞİD dinarının bir üzündə ərəb dilində yazı, digər üzündə isə dünya xəritəsinin rəsmi var. Dinar monetanın üzərində eyni zamanda yeddi buğda sünbülünün rəmzi qeyd olunub. İŞİD-in valyutasının yaxın zamanlarda dövriyyəyə biraxılması gözlənilir.

Bununla da terrorçuların məqsədi yeni dinarın islamın ilk illərində olduğu kimi qızıl sikkə formasında istifadəsinə nail olmaqdır. Necə ki, orta əsrlərdə ticari münasibətlərdə qızıl və gümüş sikkədən istifadə olunub.

Hazırda dinar dünyanın bir sıra ölkələrində — Əlcəzair, İraq, İordaniya, Bəhreyn, Liviya, Tunis, Makedoniya, Serbiya və digər ölkələrdə istifadə olunur.


Teqlər:
ərəb dili, terrorçular, qızıl sikkə, qızıl dinar, Pul buraxılışı, İŞİD, Serbiya, Makedoniya, Tunis, Liviya, Bəhreyn, İordaniya, İraq, Əlcəzair

Əsas mövzular