09:56 08 Dekabr 2016
Canlı yayım
Müdafiə naziri Zakir Həsənovun zabitlərlə görüşü

Hərbçilərə təhsil, mənzil, milli yeməklər

mod.gov.az
XƏBƏRLƏR
Qısa URL
97 0 0

Relyefinə görə daşıma yolları çətin, təhlükəli, əlverişsiz, yüksək dağ şəraitlərində yerləşən və uzunmüddətli ərzaq tədarükü edilən hərbi hissələrin şəxsi heyətinin gücləndirilmiş kalorili hazır və keyfiyyətli milli yeməklərlə təmin edilməsi məsələsi həllini tapıb.

BAKI, 24 iyun – Sputnik. Azərbaycanın müasir tələblərə cavab verə biləcək güclü ordusunun formalaşdırılmasında, yüksək döyüş hazırlığının təmin edilməsində hərbi təhsil sisteminin müstəsna əhəmiyyəti var.  

Sputnik-in məlumatına görə, bu fikri Azərbaycanın müdafiə naziri Zakir Həsənov deyib. 

“Ali Baş Komandanın tapşırığına əsasən, döyüş hazırlığının daha da artırılması məqsədilə hərbi təhsil sisteminə ciddi diqqət yetirilir. Bu sistem müxtəlif pilləli ardıcıl təhsil proqramlarını həyata keçirən xüsusi təyinatlı təhsil müəssisələri şəbəkəsindən və təhsili idarəetmə orqanlarından ibarətdir. Bundan əlavə, zabit-gizir heyətinin peşəkar hazırlığının təkmilləşdirilməsi üçün biz bu gün xüsusi proqram tərtib etmişik” — deyə Zakir Həsənov vurğulayıb.

Hərbçilərin qidalanmasına da xüsusi diqqətin yetirildiyini qeyd edən nazir bildirib ki, hərbi hissələrdə şəxsi heyətin qidalanmasının keyfiyyətinin yaxşılaşdırılması və bişirilən yeməklərin çeşidinin artırılması məqsədilə milli yeməklərin hazırlanmasına üstünlük verilir: “Qısa bir müddətdə relyefinə görə daşıma yolları çətin, təhlükəli, əlverişsiz, yüksək dağ şəraitlərində yerləşən və uzunmüddətli ərzaq tədarükü edilən hərbi hissələrin şəxsi heyətinin gücləndirilmiş kalorili hazır və keyfiyyətli milli yeməklərlə təmin edilməsi məsələsi həllini tapıb. Həmçinin ön xətdə yerləşən hərbi hissələrin içməli suya olan tələbatını yaxşılaşdırmaq məqsədilə onlar qablaşdırılmış su ilə təmin olunur.”

"Hərbi hissələrdə hərbi qulluqçuların sosial-məişət şəraitinə diqqətin artırılması, yüksək kalorili qidalarla təmin edilməsi onların arasında xəstələnmə hallarının xeyli dərəcədə azalmasına, immunitetinin artmasına, bir sıra yoluxucu xəstəliklərin – difteriya, qızılca, malyariya, qarın yatalağı kimi təhlükəli infeksiyaların qarşısının tamamilə alınmasına gətirib çıxarıb.” — deyə nazir bildirib.

Hərbçilərin sosial-məişət şəratinin yaxşılaşdırılması sahəsində görülən işlərə toxunan Zakir Həsənov deyib ki, Ali Baş Komandanın tapşırığı ilə orduda həyata keçirilən mühüm islahatlardan biri də məişət və təsərrüfat fəaliyyəti ilə bağlı vacib tapşırıqların təcrübəli mülki işçilərə və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına həvalə edilməsidir: “Hazırda Silahlı Qüvvələrdə təxminən 20 min nəfərədək mülki şəxs və 20 min nəfərədək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu işlə təmin edilib.

Bu istiqamətdə atılan addımlar bölgə sakinləri tərəfindən də müsbət qarşılanır. Cəbhəboyu rayonlarda əsgəri xidmətini başa vuran yüzlərlə gənc ordunun məişət-təsərrüfat sahələrində işlə təmin edilir, ailələrin sosial şəraitinin yaxşılaşdırılmasına zəmin yaradılır.

Şəxsi heyətin məişət xidmətinin yaxşılaşdırılması məqsədilə bir çox hərbi hissələrdə müasir tipli hamam-camaşırxana kombinatları fəaliyyət göstərir. Bir sıra hərbi hissələrdə yeni kombinatların inşası davam etdirilir.

Hərbi qulluqçuların və onların ailə üzvlərinin xidməti və yaşayış-məişət şəraitin yaxşılaşdırılması məqsədilə Ali Baş Komandanın göstərişinə əsasən, il ərzində tikinti-quruculuq işləri ilə bağlı böyük proqramlar həyata keçirilib. Artıq müxtəlif qarnizonlarda zəruri infrastrukturla yanaşı müasir tələblərə cavab verən, həmçinin ailəli hərbi qulluqçuların ehtiyacları da nəzərə alınmaqla geniş mənzillər, eləcə də yataqxanaların inşa edildiyi 4 hərbi şəhərcik kompleksi hərbi qulluqçuların istifadəsinə verilib. Cari ilin sonunadək daha 6 iri hərbi şəhərcik kompleksinin tikintisinin başa çatdırılması planlaşdırılır. Bir il müddətində 90 hərbi şəhərciyin qazlaşdırılması başa çatdırılıb, 21 hərbi şəhərcikdə isə bu işlər davam etdirilir."


Əsas mövzular