22:01 02 Dekabr 2016
Canlı yayım
C-300

Azərbaycan ordusunda yeni silahlar

bastion-karpenko.narod.ru
XƏBƏRLƏR
Qısa URL
347 0 0

Zakir Həsənov: Hazırda Ermənistanın dövlət büdcəsinin bütün xərcləri Azərbaycanın 2015-ci il üçün hərbi büdcəsindən təxminən 2 milyard ABŞ dolları azdır.

BAKI, 24 iyun-Sputnik. Son illər ərzində Azərbaycanın hərbi xərcləri sürətlə inkişaf edib və qısa zamanda hərbi büdcəmiz 20 dəfədən çox artıb. 

Sputnik Müdafiə nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, belə bir bəyanatla Müdafiə naziri, general-polkovnik Zakir Həsənov çıxış edib.

“Hazırda Ermənistanın dövlət büdcəsinin bütün xərcləri Azərbaycanın 2015-ci il üçün hərbi büdcəsindən təxminən 2 milyard ABŞ dolları azdır. Ermənistanın hərbi xərcləri isə ümumiyyətlə, Azərbaycanın hərbi xərcləri ilə müqayisədə olduqca cüzi görünür” — deyə nazir bəyan edib.

Onun sözlərinə görə, Ali Baş Komandan İlham Əliyevin “düşmənin ayaqlarının altında torpaq od tutub yanmalıdır” sözləri qarşımızda mühüm vəzifələr qoyur. “Məhz buna görə də Silahlı Qüvvələrimizin döyüş arsenalının müasir tələblər əsasında yenilənərək gücləndirilməsi ümumi fəaliyyətimizin başlıca istiqamətlərindən birini təşkil edir” — deyə o vurğulayıb. 

Nazir əlavə edib ki, Silahlı Qüvvələrimizin imkan və qabiliyyətlərinin artırılması, qoşunların hərtərəfli və fasiləsiz maddi-texniki təminatının keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni silahların, texnikanın, hərbi əmlakın alınması, silahlanmaya qəbul edilməsi istiqamətində işlər aparılır: “Biz müəyyən olunmuş inkişaf proqramına əsasən, hərbi təyinatlı məmulatların təmirini, modernləşməsini və təkrar emalını həyata keçiririk. Qoşunların silah və döyüş sursatı ilə təminatı, uzun müddət istismarda olan silahların və cihazların yeniləri ilə əvəzlənməsi, onların istifadəsinin düzgün təşkil olunması məsələlərinə xüsusi diqqət yetirilir.”

Yeni silahların alınması barədə məlumat verən nazir deyib ki, qoşunların döyüş qabiliyyətini yüksək səviyyədə saxlamaq məqsədilə hissə və bölmələr müasir 152 mm “Msta-S”, 120 mm “Vena” özüyeriyən artilleriya qurğuları, 122 mm “Sakarya” reaktiv yaylım atəşi sistemləri, 120 mm “Sani” minaatan kompleksləri, 220 mm TOS-1A reaktiv qurğuları, yeni növ döyüş sursatları, müxtəlif təyinatlı təmir və komanda müşahidə maşınları ilə təmin edilib: “Hissə və bölmələrə müasir T-90S, BMP-3, BTR-82A zirehli-tank texnikaları, müxtəlif təyinatlı təmir-təxliyə maşınları və tədris trenajorları daxil olub.

Sözsüz ki, çətin təbii şəraitdə xidmət edən və torpaqlarımızın qorunması kimi məsuliyyətli bir vəzifəni öhdəsinə götürən hərbi qulluqçuların sosial-məişət şəraiti və əşya-ərzaq təminatı da daim diqqət mərkəzindir.

İlk növbədə ön xətdə yerləşən və digər hərbi hissələr daha müasir, şəxsi heyətin təhlükəsizliyini daha səmərəli təmin edən zirehli dəbilqələrlə təchiz olunub. Hərbi qulluqçuların geyimlərinin modelində və digər əşya əmlaklarının keyfiyyətində də əsaslı dəyişikliklər baş verib. Onlar birdəfəlik sanitar-gigiyenik ləvazimatlar və digər təsərrüfat əmlakları ilə təmin edilir.”


Əsas mövzular