14:30 07 Dekabr 2016
Canlı yayım
Atəşkəsin pozulması

Ermənistan itkin düşmüş azərbaycanlı hərbçilər barədə məlumat yaydı

© AZƏRTAC.
XƏBƏRLƏR
Qısa URL
160 0 0

Ermənistan tərəfi iki azərbaycanlı hərbçinin oz tərəfinə keçməsini inkar edir.

BAKI, 24 iyun — Sputnik. Ermənistan tərəfi iki azərbaycanlı hərbçinin oz tərəfinə keçməsini inkar edir.

Sputnik news.am saytına istinadən xəbər verir ki, belə bir bəyanatla Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Arçrun Ovanesyan çıxış edib.

Ovanesyanın bəyanatında deyilir ki, iyunun 23-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan ofisi Müdafiə nazirliyinə Tavuş rayonunun Vazaşen kəndi ərazəsində sərhəddə  iki azərbaycanlı hərbçinin meyitinin çıxarılması üçün qarantiya tələbi ilə müraciət edib. Bundan sonra BXQK-nin təmsilçiləri ilə o ərazidəki iki azərbaycanlı hərbçinin meyidi o ərazidən çıxarılıb. Erməni tərəfi onların minaya düşməsini iddia edərək guya azərbaycanlı hərbçilərin neytral ərazidə minaya düşdüyünü bildirir. 

Ovanesyan bu hərbçilərin azaraq meşədə minaya düşməsi faktını da istisna etməyib.

Qeyd edək ki, Azərbaycan Müdafiə nazirliyi iyunun 23-də iki hərbçinin itkin düşməsi barədə məlumat yayıb. Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində qoşunların təmas xəttində, mövqe istiqamətində hərəkət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Musayev Musa Sabir oğlu və kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun dağ-meşə şəraitində yolu azmaları və qarşı tərəfdə olduqları ehtimal edilir.

Hazırda hadisə ilə bağlı axtarış və araşdırma tədbirləri həyata keçirilir.

Müdafiə nazirliyinin mətbuat xidmətindən erməni tərəfinin iddiaları ilə bağlı Sputnik-ə bildirildi ki, hələlik onlarda belə bir informasiya yoxdur və olan kimi məlumat yayılacaq.

Əsas mövzular