22:02 02 Dekabr 2016
Canlı yayım
Tyorbörn Yaqland- AŞPA-nın baş katibi

AŞPA-nın baş katibi azərbaycanlı deputatın sualını cavablandırıb

bizimyol
XƏBƏRLƏR
Qısa URL
20 0 0

Tyorbörn Yaqland: Dağlıq Qarabağ probleminin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur və bizim bu münaqişəylə məşğul olmaq üçün mandatımız yoxdur.

BAKI, 23 iyun — Sputnik. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının bu gün keçirilən plenar iclasında Azərbaycanlı deputatlar qurumun baş katibi Tyorbörn Yaqlanda suallar ünvanlayıblar.

Sputnik APA-ya istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Yaqlanddan bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları və AŞ-nın onların fundamental hüquqlarının bərpası istiqamətində müvafiq işləri görməməsinin səbəbləri haqqında soruşub.

Yaqland isə Dağlıq Qarabağ məsələsinə toxunaraq bu problemin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun məşğul olduğunu xatırladıb. “Siz hamınız bu məsələlərin nə qədər mürəkkəb və həssas olduğunu çox yaxşı bilirsiniz. Azərbaycandakı münaqişə ilə bağlı vəziyyət ATƏT-in Minsk qrupundan asılıdır. Bizim bu məsələdə mandatımız yoxdur, danışıqlarda da iştirak etmirik. Sizin qaldırdığınız məsələləri yaxından və mütəmadi izləyirəm. Düzdür, indiyə kimi ortalıqda elə bir nəticə yoxdur. Bu da vəziyyətin mürəkkəbliyi ilə izah olunur və bunu da siz məndən də yaxşı bilirsiniz.” — deyə AŞPA-nın baş katibi bildirib.  

Əsas mövzular