14:28 07 Dekabr 2016
Canlı yayım
Avropa İnsan Haqları Məhkəməsi

Strasburq Məhkəməsinə ən az şikayət Azərbaycandan göndərilib

Aztv
XƏBƏRLƏR
Qısa URL
62 0 0

Avropa İnsan Hüquqları Məhkəməsinə ən çox şikayət Ukraynadan (13200), ikinci Rusiyadan (9400), üçüncü Türkiyədən (9200) daxil olub.

BAKI, 23 iyun — Sputnik. Avropa İnsan Hüquqları Məhkəməsinə ən az şikayət Azərbaycandan göndərilib.

Sputnik xəbər verir ki, bu barədə RİA Novosti-yə məhkəmənin mətbuat xidmətindən daxil olan məlumatda bildirilir.

2015-ci ilin may ayının sonuna olan məlumata görə, Strasburqda yerləşən Avropa İnsan Haqları Məhkəməsinə Azərbaycandan 1500 iddia daxil olub.

Birinci yerdə Ukrayna (13200) qərarlaşıb. İkinci Rusiya (9400), üçüncü isə Türkiyə (9200) olub.

Təcrübəyə əsasən, şikayətlərin hamısı hakimlərə çatmır. Qərarlar yalnız iddiaların 50 faizini əhatə edəcək. 

Əsas mövzular