18:40 10 Dekabr 2016
Canlı yayım
Politoloq Elman Nəsirov

“Freedom House”-un hesabatları siyasi təzyiq məqsədilə hazırlanır

sputnik.az
XƏBƏRLƏR
Qısa URL
24 0 0

Politoloq Elman Nəsirov: “Freedom House” az qalır ki, bu gün işğalçı Ermənistanda baş verənlərə görə də Azərbaycanı günahkar çıxarsın”

BAKI, 23 iyun — Sputnik. “Freedom House” təşkilatının insan hüquq və azadlıqları ilə bağlı ölkələrdəki vəziyyətlə əlaqədar indiyə qədər açıqladığı hesabatlar qərəzli xarakterdə olub. Təşkilatın 2015-ci ildə “Demokratiya Reytinqi” adı altında postsovet ölkələri ilə bağlı açıqladığı hesabat da kifayət qədər siyasiləşmiş və qərəzlidir, sifariş əsasında hazırlanıb.

Sputnik xəbər verir ki, bu fikirləri APA-ya açıqlamasında “Freedom House” təşkilatının 2015-ci ildə "Demokratik tərəqqinin reytinqi" adı altında postkommunist ölkələri ilə bağlı açıqladığı hesabata münasibət bildirən politoloq Elman Nəsirov deyib.

“Freedom House” 2015-ci il üçün ölkələr üzrə "Demokratik tərəqqinin reytinqi"ni açıqlayıb.

“Freedom House”un rəsmi internet səhifəsində yerləşdirilən reytinq cədvəli 1-7 ballıq şkala ilə ölçülüb. Demokratik tərəqqinin ən yüksək səviyyəsi 1, ən aşağı səviyyəsi isə 7 balla qiymətləndirilib.

29 ölkənin yer aldığı reytinq cədvəlində Azərbaycanda demokratiyanın vəziyyəti 6.75 balla qiymətləndirilib.

Gürcüstana 4,64, Ermənistana 5.36 bal, Rusiyaya isə 6.46 bal verilib.

Nəsirovun fikrincə, “Freedom House” təşkilatının illərdir, açıqladığı hesabatları müqayisə etdikdən sonra bu qənaətə gəlmək olur ki, hesabatlarda hansı ölkələrdə  insan hüquq və azadlıqlarının vəziyyəti acınacaqlı qeyd olunub, birmənalı şəkildə hesab etmək olar ki, həmin ölkələrdə vəziyyət yaxşıdır: “Sadəcə, “Freedom House” öz sponsorlarının diktəsi altında siyasi mülahizələrdən çıxış edərək ölkələrə təzyiq vasitəsi kimi belə hesabatlar hazırlayır. İndiki halda da bu, hesab deyil. “Demokratiya Reytinqi”nə baxanda hətta elə təəssürat yaranır ki, bu gün işğalçı Ermənistanda baş verənlərə görə də günahkar Azərbaycandır. “Freedom House” az qalır ki, bu gün Ermənistanda baş verənlərə görə də Azərbaycanı günahkar çıxarsın. 1 milyondan artıq soydaşımızın hüquqlarını total şəkildə pozan, onları qaçqın və məcburi köçkün həyatı yaşamağa vadar edən Ermənistan bu siyahıda daha yaxşı yerdə göstərilir,  Azərbaycana münasibətdə isə tamamilə fərqli yanaşma ortaya qoyulur. Bu dəqiqə Ermənistanda polis xalqın etiraz aksiyasını darmadağın edir, hətta elə vəziyyət yaranıb ki, paytaxt İrəvanda həbs olunan insanları yerləşdirmək üçün həbsxanalarda yer qalmayıb, o insanları digər şəhərlərdəki həbsxanalarda yerləşdirirlər. Əhaliyə qarşı qeyri-adekvat güc tətbiqi həyata keçirilir. Belə bir dövlətin isə adı siyahıda daha yaxşı vəziyyətdədir, guya insan hüquq və azadlıqları sahəsində Ermənistanda elə də ciddi problemlər yoxdur. Bütün bunlar bir daha bu qənaətə gəlməyə əsas verir ki, belə hesabatlar birmənalı şəkildə öncədən konkret sifariş əsasında hazırlanıb. Barmaqla göstərilir ki, filan ölkələrin iqtisadi, insan hüquqları, sosial inkişaf, mədəniyyət, idman sahələrində, yəni insan inkişafı indeksi ilə bağlı hansı nəticələr əldə etməsindən asılı olmayaraq, o ölkələri aşağı səviyyədə göstərin, eyni qaydada da başqa dövlətləri yuxarı səviyyədə göstərin. Bu, ikili standartların birbaşa təsdiqidir, biz buna təəccüblənmirik. Hesab edirik ki, bu, Azərbaycana qarşı Birinci Avropa Oyunları ərəfəsində, yarışların getdiyi müddətdə və bundan sonra da göstəriləcək təzyiqlərin növbəti həlqəsidir. “Freedom House”  təşkilatının timsalında da biz bunun dəfələrlə şahidi olmuşuq.”

Politoloq qeyd edib ki, Azərbaycan xalqı belə hesabatlara çoxdan inanmır, hesab edir ki, bu hesabatlar təzyiq elementi kimi nəzərdə tutulub: ""Freedom House" təşkilatının adında azadlıq sözü olsa da, əslində insanların azadlığı ilə yox, ayrı-ayrı dövlətlərin müstəqil siyasətinin qarşısının alınması və asılı vəziyyətə salınması, qeyri-azad vəziyyətə salınması siyasətini həyata keçirir. Hansı dövlət müstəqil siyasət yürüdürsə, “Freedom House”un siyahısında ən pis durumda təqdim olunur. Bu baxımdan Azərbaycana münasibətdə məlum yanaşmanın motivlərini başa düşmək mümkündür”.    

Əsas mövzular