23:18 09 Dekabr 2016
Canlı yayım
Oles Buzina

Jurnalisti qətlə yetirməkdə şübhəli bilinən şəxs azadlığa buraxılıb

fakeoff.org
XƏBƏRLƏR
Qısa URL
29 0 0

Ukraynalı jurnalist Oles Buzinanı qətlə yetriməkdə təqsirli bilinərək həbs olunan 25 yaşlı Denis Polişuk girov müqabilində azad edilib.

BAKI, 23 iyun — Sputnik. Jurnalisti qətlə yetirməkdə şübhəli bilinən şəxs azadlığa buraxılıb. 

Sputnik Ukrayna mətbuatına istinadən xəbər verir ki, ukraynalı jurnalist Oles Buzinanı qətlə yetriməkdə təqsirli bilinərək həbs olunan 25 yaşlı Denis Polişuk girov müqabilində azad edilib.

Bu barədə məlumat verən Polişukun vəkili Aleksandr Dulski deyib ki, o  beş milyon Ukrayna qriveni müqabilində azad olunub. Ancaq vəkil kimin belə bir girovu qoymasını açıqlamayıb. O sadəcə deyib ki, bunu onun yaxın dostlarından, Ukraynanın vətənpərvərlərindən biri edib.

Vəkil onu da əlavə edib ki, jurnalistin ölümündə təqsirli bilinən 26 yaşlı Andrey Medvedko istintaq təcridxanasındadır.

Jurnalit Oles Buzina aprelin 16-da Kiyevdə öz yaşadığı binanın qarşısında qətlə yetirilib.

Əsas mövzular