21:17 09 Dekabr 2016
Canlı yayım
Edvard Snouden

Snouden jurnalistlərin mükafatına layiq görüldü

naked-science.ru
XƏBƏRLƏR
Qısa URL
26 0 0

Snouden bu mükafata jurnalist araşdırması nominasiyasında “gizli məlumatlarının xüsusi xidmət orqanları tərəfindən izlənməsi faktının bütün dünya ictimaiyyətinə açıqlaması”na görə alıb.

BAKI, 23 iyun — Sputnik. ABŞ kəşfiyyat orqanlarının sabiq əməkdaşı, qalmaqallı Edvard Snouden Qazaxstanın Jurnalistlər İttifqaının (QJİ) laureatı olub.

Sputnik Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, Snouden bu mükafata jurnalist araşdırması nominasiyasında “gizli məlumatlarının xüsusi xidmət orqanları tərəfindən izlənməsi faktının bütün dünya ictimaiyyətinə açıqlaması”na görə alıb.

QJİ bəyan edib ki, mükafat hər il yerli mətbuat nümayəndələrinin peşə bayramı günü ərəfəsində — 28 iyunda sahibinə təqdim edilir.

2014-cü ildə isə QJİ-nin bu mükafatına  "WikiLeaks" saytının yaradıcısı Culian Assanj layiq görülüb.

Əsas mövzular