21:23 09 Dekabr 2016
Canlı yayım
İrəvanda aksiya

İrəvandakı aksiyanın təşkilatçılarına qarşı cinayət işi açılıb

XƏBƏRLƏR
Qısa URL
Elektrik üsyanı (17)
18 0 0

Ermənistan baş prokurorluğu zorla dağıdılan aksiya iştirkaçılarının təşkilatçılarına və fəallarına qarşı cinayət işi açıb.

BAKI, 23 iyun — Sputnik. Ermənistan baş prokurorluğu zorla dağıdılan aksiya iştirkaçılarının təşkilatçılarına və fəallarına qarşı cinayət işi açıb.

Sputnik erməni mətbuatına istinadən xəbər verir ki, artıq baş prokurorluq aksiya iştirakçılarının fəallarına qarşı cinayət işinin açılması ilə bağlı bəyanatla çıxış edib.

Baş prokurorluğun yaydığı bəyanatda deyilir ki, iyunun 22-də bir qrup şəxs qeyri-qanuni mitinq təşkil edib. Mitinqin ardınca yürüş keçirilib və bu yürüş daha sonra davamlı bir aksiyaya çevirməklə İrəvan şəhərinin Baqramyan prospektində ictimai qaydaları pozaraq nəqliyyatın hərəkətini tamamilə məhdudlaşdıraraq vətəndaşların sərbəst hərəkətinə mane olublar. 

Bütün bunları nəzərə alaraq təşkilatçılara qarşı qanunvericiliyin tələbinə uyğun olaraq Cinayət Məcəlləsinin 258-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.

Mövzu:
Elektrik üsyanı (17)

Əsas mövzular