22:02 02 Dekabr 2016
Canlı yayım
Azadlıq gəmisi

İkinci "Mavi Marmara" hadisəsi olacaq?

gazzedehayat.com
XƏBƏRLƏR
Qısa URL
27 0 0

BAKI, 23 iyun – Sputnik. İsrailin Qəzza blokadasını yarmaq, bölgəyə qida və digər yardım ləvazimatları daşımağı qarşısına məqsəd qoyan “Azadlıq gəmisi”nin Yunanıstanın paytaxtı Afinadan Qəzzaya doğru hərəkət edəcəyi bildirilir.

Dünyanın dörd bir tərəfindən aktivistlərin olduğu gəminin isveçli kapitanı Çarli Anderson İsrail əsgərlərindən gələ biləcək şiddətə qarşı aktivistlərin təlim keçdiyini bildirib. 

 “Onların bizə qarşı gücdən istifadə etmələrinin qarşısını almaq üçün özünümüdafiə tədbirlərinin görülməsi olduqca əhəmiyyətlidir. Əgər İsrail ordusu beynəlxalq sularda bizi dayandırmaq üçün zorakılıqdan istifadə etsə, o zaman onlar beynəlxalq hüququ pozmuş olacaqlar”, deyə Anderson əlavə edib. 

İsrailin təhdidlərinə baxmayaraq, gəminin 24 saat ərzində Afinadan Qəzzaya tərəf istiqamətlənəcəyi deyilir. 

İsrail parlamentinin ərəb mənşəli deputatı Bazel Qattas aktivistlərin bu təhlükəli cəhdini dəstəklədiyini açıqlayıb.

“İsrail hökuməti fələstinlilərə qarşı təcavüzkar rəftarından əl çəkməlidir. Aktivistlər öz həyatlarını təhlükəyə ataraq, Qəzzaya gəlmək istəyirlər. Əslində onlar dünyaya mesaj göndərirlər, mövcud problemə diqqət çəkmək istəyirlər. Bu səfərin Qəzza böhranını dünyanın gündəminə daşıyacağına ümid edirəm”, deyə deputat əlavə edib. 

Təşkilatçılar İsraildən gələ biləcək təhlükəni göz önündə tutaraq, səfərin dəqiq saatını açıqlamırlar. 

Bundan öncə 2010-cu ildə Türkiyəyə məxsus "Mavi Marmara" gəmisi eyni məqsədlə Qəzzaya doğru istiqamətlənmiş, beynəlxalq sularda İsrail ordusunun gəmiyə müdaxiləsi qanlı bitmişdi. Hadisə nəticəsində 9 nəfər türk vətəndaşı həlak olmuşdu. 

Əsas mövzular