23:19 09 Dekabr 2016
Canlı yayım
İrəvanda aksiya

İrəvanda aksiyadan sonra 25 nəfər xəstəxanaya müraciət edib

XƏBƏRLƏR
Qısa URL
Elektrik üsyanı (17)
3 0 0

“Orinats Yerkir”in təmsilçisi Ovanes Marqaryan növbədənkənar palamentin sessiyasını çağırılmasını və orada elektrik enerjisi qiymətlərinin endirilməsini müzakirə etməyi təklif edib.

BAKI, 23 iyun — Sputnik. Ermənistan parlamentində qalmaqal yaranıb.

Sputnik erməni mətbuatına istinadən xəbər verir ki, İrəvanın mərkəzi meydanında əhalinin ölkədə elektrik enerjisinin qiymətinin qaldırılmasına və “Qarətə yox!”şüari altında keçirilən davamsız etiraz aksiyasının zorla polis tərəfindən dağıdılması ölkədəki ictimai-siyasi böhranın daha da dərinləşməsinə səbəb olub.

Səhiyyə nazirliyinin məlumatına görə, İrəvanda aksiyanın dağıdılması nəticəsində 25 nəfər xəstəxanaya müraciət edib.

Parlamentin iclası başlayan kimi Milli konqres fraksiyasının deputataları aksiyanın dağıdılmasına etiraz olaraq və həbs olunanalrın təcili olaraq azad edilməsi tələbi ilə parlamentin iclasını boykot edərək iclası tərk ediblər.

Daşnakların da təmsilçisi mitinqin dağıdılmasına etiraz edərək məsələni parlament rəhbərliyi ilə müzakirə etməyi təklif edib.

Digər bir fraksiyanın — “Orinats Yerkir”in təmsilçisi Ovanes Marqaryan isə növbədənkənar palamentin sessiyasını çağırılmasını və orada elektrik enerjisi qiymətlərinin endirilməsini müzakirə etməyi təklif edib.

Mövzu:
Elektrik üsyanı (17)

Əsas mövzular