22:02 02 Dekabr 2016
Canlı yayım
XƏBƏRLƏR

Yanukoviç: Bu gün Donbas əhalisi soyqırıma məruz qalır

XƏBƏRLƏR
Qısa URL
4 0 0

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Bi-Bi-Ci-yə müsahibəsində deyib ki, əgər o prezident olsayd; Krım Rusiyaya birləməyəcəkdi və Ukrayna belə bir faciə ilə üzləməyəcəkdi.

BAKI, 23 iyun — Sputnik. Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Bi-Bi-Ci-yə müsahibəsində deyib ki, əgər o prezident olsayd; Krım Rusiyaya birləməyəcəkdi və Ukrayna belə bir faciə ilə üzləməyəcəkdi.

“Hazırda müharibə gedir və Kiyev Krımı geri qaytarmaq istəyir. Hansı yolla-müharibə yolu iləmi? Ukraynaya ikinci müharibə lazımdırmı?”, — deyə Yanukoviç bildirib.

O deyib ki, yaranmış vəziyyətdən çıxış yolu tapmaq lazımdır: “Orada baş verənlər çox pis hadisələrdir”.

Yanukoviç Krımın bundan sonra Ukraynanın tərkibinə qaytarılmasının qeyri-mümkünlüyünü bildirib: “Bu, artıq real olmayan bir məsələdir. Krımın işğalı “Maydan” hadisələrinin məntiqi nəticəsidir. Ukraynadakı radikal millətçilik Krım əhalisini hürkütdü, çünki bu bölgə hər zaman Rusiyameyilli idi.”

Donbasda baş verənlərə toxunan Yanukoviç deyib ki, Donbasda baş verənlər soyqırımdır: “Bu gün Donbasda baş verən hadisələri soyqırım kimi qiymətləndirirəm. Donbas əhalisi soyqırıma məruz qalır.”

Əsas mövzular