21:21 09 Dekabr 2016
Canlı yayım
ABŞ-ın Liviyadakı səfiri Kris Stivens 2012-ci ildə terror hücumu zamanı öldürülmüşdü

ABŞ səfirinin qətlində şübhəli bilinən İŞİD-çi məhv edildi

al-akhbar.com
XƏBƏRLƏR
Qısa URL
1 0 0

2012-ci ildə ABŞ-ın Benqazidəki konsulluğuna hücumda şübhəli bilinən İŞİD rəsmisi məhv edilib.

BAKI, 23 iyun — Sputnik. 2012-ci ildə ABŞ-ın Benqazidəki konsulluğuna hücumda şübhəli bilinən İŞİD rəsmisi məhv edilib.

Pentaqon nümayəndəsu Stiv Uorren öz açıqlamasında, bu günlərdə İraqın Mosul şəhərinə endirilmiş aviazərbələr nəticəsində Tunis vətəndaşı Ali Avni əl Harzinin məhv edildiyini bildirib.

Onun sözlərinə görə, əl Harzi 2012-ci il sentyabrın 11-də ABŞ-ın Liviyanın Benqazi şəhərindəki konsulluğuna hücumda iştirak etməkdə şübhəli bilinirdi. 

Sözügedən konsulluğa hücum nəticəsində ABŞ-ın Liviyadakı səfiri Kris Stivens və daha 4 ABŞ vətəndaşı həlak olmuşdu. 

Əsas mövzular