06:14 11 Dekabr 2016
Canlı yayım
Dondurma

Keyfiyyətsiz məhsulların monitorinqi aparılır

faktxeber.com
XƏBƏRLƏR
Qısa URL
21 0 0

Fazil Talıblı: Standarta uyğun olmayan bir neçə müəssisənin sərinləşdirici içki və dondurma istehsalına qadağa qoyulub və onlara qarşı ciddi sanksiyalar tətbiq edilib.

BAKI, 23 iyun — Spuntik. İsti yay günləri başladığından insanların sərinləşdirici içkilərə, dondurmalara olan tələbatı ilin digər dövrlərinə nisbətdə tələbatı artıb. 

Bu gün satış mərkəzlərində və ticarət obyektlərində keyfiyyətli məhsullarla yanaşı, keyfiyyətsiz, vaxtı çıxmış məhsullara da rast gəlmək olur. Bir çox hallarda isə belə keyfiyyətsiz və standarta uyğun olmayan məhsulu qəbul edən vətəndaş xəstələnir və yaxud daha ciddi problemlərlə üzləşirlər. Bəs görəsən aidiyyatı dövlət qurumları keyfiyyətsiz məhsulların bazara daxil olması və vətəndaşların sağlamlığının qorunması məqsədi ilə bu sahədə hansı işləri görür?

Standartlaşdırma, Metorologiya və Patent üzrə Dövlət Komitəsinin İctimaiyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblı Sputnik-ə açıqlamasında təmsil etdiyi Komitənin bu sahədə gördüyü işlər barədə məlumat verib. O bildirib ki, yay mövsümünün başlaması ilə əlaqədar olaraq sərinləşdirici içkilərə və dondurmalara olan tələbat artdığınıdan bu növ məhsulların istehsalı da artıb: “Bu gün ölkəmizdə müasir texnologiyalarla standartlara uyğun məhsul istehsal edən müəssisələrlə yanaşı, qeyri-sağlam rəqabət əsasında bazara keyfiyyətsiz məhsul istehsal edən müəssisələr də öz məhsullarını çıxarırılar. Bununla bağlı Komitə tərəfindən ciddi tədbirlər görülür. Belə ki, Komitə yanında Texniki Tənzimləmə və Strandartlaşma üzrə Dövlət Nəzarəti Xidməti fəaliyyət göstəriri və adı çəkilən qurum mütəmadi olaraq ticarət obyektlərində, satış mərkəzlərində  bu cür məhsulların monitorinqini aparır.  Hər il olduğu kimi adı çəkilən qurum tərəfindən  bu il də aparılan monitorinqlər nəticəsində bazarda keyfiyyətsiz və standarta uyğun  olmayan sərinləşdirici içkilər və dondurmalar aşkar edilib.”

Talıblı deyib ki, artıq  bü cür standarta uyğun olmayan və keyfiyyətsiz məhsulların hansı müəssisələr tərəfindən istehsal edildiyi müəyyən edilərək, onlara qarşı ciddi cəza tədbirləri görülüb: “Standarta uyğun olmayan bir neçə müəssisənin sərinləşdirici içki və dondurma istehsalına qadağa qoyulub və onlara qarşı ciddi sanksiyalar tətbiq edilib. Bu müəssisələrə qarşı, İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq cərimələr tətbiq olunub. Bu istiqamətdə tədbirlərimiz və araşdırmalarımız davam edir.”

Komitə rəsmisi ictimaiyyətə müraciət edərək vətəndaşları da bu işdə onlara yardımçı olmağa çağırdı: “Onlar rast gəldikləri istənilən neqativ hal və keyfiyyətsiz məhsulla bağlı dərhal Komitəyə müraciət etsinlər. Heç nədən çəkinmədən “963” qaynar xəttinə müraciət etməklə belə keyfiyyətsiz məhsulların tez bir zamanda satışdan çıxarılmasında və istehsalının qarşısının alınmasında bizlərə yardımçı olsunlar. Bununla eyni zamanda digər vətəndaşların da sağlamlığını müdafiə etmiş olurlar. Odur ki, bu işdə ictimaiyyət də aktiv olmalıdır.”

Əsas mövzular