03:50 04 Dekabr 2016
Canlı yayım
XƏBƏRLƏR

Ermənistan AŞPA məruzəçilərilə əməkdaşlıq etmək istəmir

XƏBƏRLƏR
Qısa URL
4 0 0

Səməd Seyidov: Ermənistanla sərhədyanı bölgədə əhalinin su problemi ilə bağlı hesabatını qəbul etmirlər, məruzəçini ölkəyə buraxmaq istəmirlər.

BAKI, 23 iyun —Sputnik. İyunun 22-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının ilk günündə qurumun Bürosu və Daimi Komitəsinin fəaliyyətinə dair müzakirələr aparılıb.

Sputnik APA-ya istinadən xəbər verir ki, müzakirələrdə çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Türkiyədə Suriyalı qaçqınların vəziyyətindən, Türkiyənin bu qaçqınların yerləşdirilməsində, onlara yardım göstərməsində çox böyük işlər gördüyünü deyərək Ermənistanın işğalı nəticəsində Azərbaycanda da qaçqın və məcburi köçkünlərin olduğunu Assambleya üzvlərinin diqqətinə çatdırıb.

“Mən Türkiyədəki qaçqınların vəziyyətindən ona görə danışıram ki, çünki Azərbaycan da bu problemdən əziyyət çəkir. Çox təəssüf ki, bu gün Ermənistan tərəfi AŞPA-nın nəinki bir məruzəçisi, hətta təyin edilmiş iki məruzəçisi ilə belə əməkdaşlıq etmək istəmir. Biz bu gün siyasi məsələlər üzrə komitədə də Dağlıq Qarabağla bağlı müzakirələr apardıqda erməni tərəfi məruzəçilərin fikirlərini belə eşitmək istəmədi. Hər şey bir tərəfə, Ermənistanla sərhədyanı bölgədə əhalinin su problemi ilə bağlı hesabatını qəbul etmirlər, məruzəçini ölkəyə buraxmaq istəmirlər. Necə olur təşkilat iki məruzəçi təyin edir, ancaq onların heç biri vəziyyəti daha yaxından öyrənmək üçün Ermənistana səfər edə bilmir? Əgər biz bu problemi həll etmək istəyiriksə, Azərbaycanda, Türkiyədə, Avropada və dünyadakı qaçqın və məcburi köçkünlər məsələsini həll etmək istəyiriksə, o zaman təşkilat tərəfindən təyin edilmiş məruzəçilərin işinə, onların səfər etməsinə yardımçı olmalıyıq.” — deyə Səməd Seyidov çıxışında bildirib.


Əsas mövzular