10:42 03 Dekabr 2016
Canlı yayım
telefon-mesaj

Mobil operatorların növbəti fırıldaqçılığı

sputnik.az
XƏBƏRLƏR
Qısa URL
79 0 0

Operator 2 saat 36 dəqiqədən sonra abonentə əvvəlki SMS-i nəzərə almamağı tövsiyə edir.

BAKI, 23 iyun — Sputnik. Hər gün istifadə etdiyimiz mobil operatorlardan telefonlarımıza müxtəlif məzmunlu məlumatlar dəvətsiz qonaq kimi daxil olur. Onların böyük əksəriyyəti hansısa mağaza və ya firmanın məhsullarının satışı ilə bağlıdır. Endirim kampaniyaları "göz çıxarır". 

Sputnik əməkdaşının apardığı araşdırma isə tamamilə yeni mənzərəni ortaya çıxarıb. Sən demə, bəhs etdiyimiz SMS-lərin çoxu operatorları tora salmaq məqsədilə yayılan aldadıcı reklamlardır. Bunu aydınlaşdırmaq üçün sadə bir misala müraciət etmək kifayətdir. Bu mesajlar əməkdaşımıza Bakcell operatoru tərəfindən göndərilib Saat 17.50-də gələn SMS-də deyilir: "Pierre cardin mağazalarında ULDUZUM istifadəçilərinə bütün mallara 40% endirim. info: 0125612644 zəng edin və ya 375 yazıb 5555-ə SMS göndərin (pulsuz)."

Saat 20.26-da yeni eyni operatordan və eyni abonentə növbəti mesaj gəlir: "Hörmətli abunəçi, zəhmət olmasa daha öncə gələn SMS-i nəzərə almayın."

Deməli, operator 2 saat 36 dəqiqədən sonra abonentə əvvəlki SMS-i nəzərə almamağı tövsiyə edir. Həmin 2 saat 36 dəqiqə müddətində isə Bakcell istifadəçisi Pierre Cardin mağazalarına yaxınlaşır. Məlum olur ki, o mağazalarda 40% endirim kampaniyası yoxdur. Hər halda Bakcell istifadəçisi sözügedən mağazaya baş çəkib endirimdən yararlanmaq üçün xeyli məsafə qət edib, xeyli vaxt itkisinə yol verib və ən nəhayət aldadılıb. Maraqlıdır, görəsən mobil operatorun və sözügedən mağazalar şəbəkəsinin müştəriləri bu üsulla aldatmasının arxasında nə durur? 

Cavab sadədir. Operator həm Pierre cardin dükanlarını, həm də ULduzumu reklam edir. Üstəlik, sözügedən dükana gedən müştəri məcburən oradan nəsə, özü də endirimdən yararlanmadan, baha qiymətə almaq məcburiyyətində qalır. Beləliklə, istehlakçıların hüquqlarına kobud şəkildə müdaxilə edilib. 

Burada ən əsası "Reklam haqqında" Azərbaycan Respublikası qanununun tələbləri pozulur. Beynəlxalq praktikada müştəriləri aldatmağa, reklam fırıldaqçılığına görə cinayət məsuliyyəti mövcuddur. Eyni zamanda mobil operatorların müştərilərin razılığı olmadan onlara kommersiya qurumlarının reklam və elanlarını yollamaq səlahiyyəti yoxdur.

Bu məsələ bir neçə ay əvvəl Azərbaycan palamentində də gündəmə gətirilib. Deputatlar məsələ qaldırıblar ki, Azərbaycanda mobil telefon şirkətlərinin fəaliyyəti ayrıca qanunveriliklə tənzimlənməlidir və müştərilərin hüquqları təsbit olunmalıdır. Eyni zamanda müştərilər icazəsiz reklam və elanlarla narahat edilməməlidir. Lakin deputatların parlament çıxışları elə parlament divarları arasındaca qalıb. Nəticədə ölkədəki mobil operatorlar istifadəçilərlə necə lazımdır, elə də davranmaqda davam edirlər….

Mövzuya qayıdacağıq.      

 

 

Əsas mövzular