21:24 09 Dekabr 2016
Canlı yayım
Whatsapp

WhatsApp-da yazdığı mesaj başına bəla oldu

wired.co.uk
XƏBƏRLƏR
Qısa URL
34 0 0

Birləşmiş Ərəb Əmirliklərində, bir nəfər WhatsApp istifadəçisi mesajında söyüşdən istifadə etdiyi üçün 68 min dollar cərimələnib.

BAKI, 22 iyun – Sputnik. Birləşmiş Ərəb Əmirliklərində, bir nəfər WhatsApp istifadəçisi mesajında söyüşdən istifadə etdiyi üçün 68 min dollar cərimələnib. 

Əl-Ərəbiyyə telekanalının məlumatına görə, bir nəfər şəxs ona gələn və içərisində söyüş olan mesajları şikayət etmək üçün qarşı tərəfi məhkəməyə verib.

Şikayətçinin ərizəsinə baxan məhkəmə, küfrlü mesaj göndərən istifadəçini 68 min dollar məbləğində cərimələyib. 

Son bir ildə Birləşmiş Ərəb Əmirliklərində kiber cinayətlərlə bağlı qanunlarda dəyişikliyə gedilərək “təhqir məzmunlu” yazışmalara ən ağır cəzalar gətirilib. 

Yeni qaydalara əsasən oxşar cinayətlərə görə günahı sübuta yetirilən əcnəbi vətəndaşlar deportasiya olunacaq. Yaxın vaxtlarda qanunun daha da sərtləşəcəyi qeyd olunur. Belə ki, 68 min dollar nəzərdə tutulan cərimənin 137 min dollara qədər artırılacağı bildirilir. 

Əsas mövzular