14:17 04 Dekabr 2016
Canlı yayım
Tayfur Əliyev - boksçu

Boksçu Tayfur Əliyev 1/2 finala yüksəlib

apasport
XƏBƏRLƏR
Qısa URL
30 0 0

Hələ 18 yaşı tamam olmamış idmançımız inamlı döyüşərək, hər 3 raundu qələbəylə başa vurub və ən azı bürünc medalı qarantiya altına alıb.

BAKI, 22 iyun — Sputnik. BAKI-2015 I Avropa Oyunlarında 56 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Tayfur Əliyev 1/4 finalda danimarkalı rəqibinə qalib gəlib. 

İlk qarşılaşmasında rumıniyalı Nikolae Andreiananı mübarizədən kənarlaşdıran Avropa çempionatının gümüş mükafatçısı Tayfur Əliyev 1/4 finalda Danimarka idmançısı Frederik Yansenlə qüvvəsini sınayıb. 

Əliyev öncəki mərhələdə finlandiyalı Koota Mattini məğlub edən rəqibini bu mərhələyə çıxmağa peşman edib. 

Hələ 18 yaşı tamam olmamış idmançımız inamlı döyüşərək, hər 3 raundu qələbəylə başa vurub (29:28; 29:28; 29:28). Beləliklə 3:0 hesabıyla 1/2 finala yüksələn Tayfur ən azı bürünc medalı  qarantiya altına alıb.

Əsas mövzular