18:40 10 Dekabr 2016
Canlı yayım
жара в Индии

Anomal istilər Pakistanda 120 nəfərin həyatına son qoyub

www.voanews.com
XƏBƏRLƏR
Qısa URL
10 0 0

İyunun 20-dən bu günədək Kəraçidə 114, Sind əyalətində isə 8 nəfər istidən ölüb.

BAKI, 22 iyun — Sputnik. Pakistanın Kəraçi əyalətində hökm sürən anomal istilər nəticəsində ölənlərin sayı 120 nəfəri keçib.

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə əyalətin səhiyyə naziri Səid Maqneco bildirib.  

“İyunun 20-dən bu günədək 114 nəfər ölüb, daha 8 nəfər isə Sind əyalətində ölüb” — Maqneco bildirib.

Onun sözlərinə görə, bütün xəstəxanalarda fövqəladə vəziyyət elan edilib. Həkimlərə tibb müəssisələrini tərk etmək qadağan olunub. Xəstəxanaların dərmanlarla təchizatı gücləndirilib.

Kəraçidə ötən gün havanın temperaturu 41 dərəcəyə çatıb.  


Əsas mövzular