23:19 09 Dekabr 2016
Canlı yayım
Delfin-çimərlik

Erkək delfin "qız dalınca" Marmaris sahilinəcən üzüb

hürriyet
XƏBƏRLƏR
Qısa URL
16 0 0

Parkdakı dişi delfinə vurulan erkək delfin tez-tez çimərliyin ətrafında dolaşır və heç kəsə zərər vermir.

BAKI, 22 iyun. Türkiyənin kurort şəhərlərindən biri olan Marmaris çimərliyində sahildən 5 metr aralıda görünən nəhəng üzgəci akula bilən adamlar vahimə içində sahilə qaçıblar. Lakin sonra bu canlının akula deyil delfin olduğunu bilən kimi istirahət edənlər telefonlarını çıxarıb onun şəkillərini çəkməyə başlayıblar.

Sputnik Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, su idmanı stansiyasında işləyənlər motorlu qayıqlarla canlıya yaxınlaşanda onun delfin olduğunu müəyyənləşdiriblər. İstirahət edənlərsə delfinə toxunmaq üçün təzədən suya giriblər. Turislərdən kimi delfinin şəklini çəkib, kimi onunla selfie çəkdirib. 30 dəqiqə sahildə üzərək adamlarla əylənən delfin sonra dənizin içərilərinə üzərək gözdən itib. 

Marmaris su idmanı kooperativinin rəhbəri Salih Tunç deyib: "Əvvəl onun köpək balığı olduğunu düşünüb vahiməyə düşdük. Yanına gedəndə bizdən qaçmadı və onun delfin olduğunu gördük. Onun insanlarla oynadığını və qaçmadığını görəndə elə bildik İçmələr Məhəlləsindəki Delfin Parkından qaçıb. Bu barədə park rəhbərliyinə məlumat verdik. Onlarsa dedilər ki, parkdakı dişi delfinə vurulan o erkək delfin tez-tez bu ətrafda dolaşır və heç kəsə zərər vermir." 

 

Əsas mövzular