06:13 11 Dekabr 2016
Canlı yayım
Террористическая организация Исламское государство

İŞİD Mədəni İrs Siyahısına daxil edilmiş Palmiranı minalayıb

zarusskiimir.ru
XƏBƏRLƏR
Qısa URL
6 0 0

Rami Əbdülrəhman:İŞİD-çilər Roma teatrında da partlayıcı qurğu quraşdırıblar.

BAKI, 21 iyun — Sputnik. İŞİD terror qruplaşmasının silahlıları UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilmiş Palmira şəhərinin qədim hissəsini minalayıblar.   

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə məlumatı Suriyanın SOHR hüquq müdafiəsi təşkilatının rəhbəri Rami Əbdülrəhman bildirib.  Əbdülrəhman deyib ki, İŞİD hələ ötən gün oranı minalayıblar. Onlar həmçinin Roma teatrında da partlayıcı qurğu quraşdırıblar. "Biz bunun səbəblərini hələ də bilmirik.” — deyə Əbdülrəhman əlavə edib.       

Qədim qalıqları UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilmiş Palmira şəhəri İŞİD silahlılarının nəzarətinə mayın ortalarında keçib. Şəhəri tərk etməzdən əvvəl Suriya ordusu əhalinin böyük hissəsini, 11 minədək hərbi və siyasi cinayətkarı, habelə qiymətli  tarixi eksponatları  şəhərdən təxliyə edib.  

İŞİD silahlıları münaqişə başlayandan bu vaxtadək Suriyanın mədəni irsinin  750-dək obyektini dağıdıb. 

Əsas mövzular