14:34 07 Dekabr 2016
Canlı yayım
Saakaşvili

Mixail Saakaşvili:Ukrayna Avropanın ən kasıb ölkəsinə çevrilib

sputnik/Pavel Palamarçuk
XƏBƏRLƏR
Qısa URL
31 0 0

Gürcüstanın sabiq prezidenti deyib ki, Ukrayna ərazisində böyük həcmdə təbii ehtiyyat, inkişaf etmiş sənaye və çox savadlı insanlar var.

BAKI, 21 iyun — Sputnik. Ukrayna öz resursları hesabına bütün Avropa ölkələrini lazım olan məhsullarla təmin edə bilər.

Sputnik APA-ya istinadən xəbər verir ki, bu fikri Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili deyib.

Gürcüstanın sabiq prezidenti deyib ki, Ukrayna ərazisində böyük həcmdə təbii ehtiyyat, inkişaf etmiş sənaye və çox savadlı insanlar var.

Bununla yanaşı, Saakaşvili qeyd edib ki, hazırda Ukrayna Avropanın ən kasıb ölkəsinə çevrilib: "ÜDM göstəricisini nəzərə alsaq, Ukrayna artıq Moldovadan da kasıb ölkəyə çevrilib." 

Yaranmış vəziyyətdən çıxış yoluna gəlincə, qubernator deyib ki, hökumət radikal addımlar atmalıdır, korrupsiya ilə mübarizə total şəkildə aparılmalı, ölkənin infrastrukturu isə inkişaf etdirilməlidir.

Əsas mövzular