11:53 11 Dekabr 2016
Canlı yayım
Kamal Kılıçdaroğlu və Dövlət Baxçalı - CHP və MHP liderləri

Baxçalı Kılıçdaroğluna "səmimi olun" deyib

ilgazetesi
XƏBƏRLƏR
Qısa URL
4 0 0

MHP lideri ona koalisiya qurmağı və baş nazir olmağı təklif edən CHP liderinə yazıb ki, kiçik adamlarla, qısa addımlarla böyük hədəflərə çatmaq olmaz.

BAKI, 21 iyun — Sputnik. Kürsü bir məqsəd deyil, vasitədir. İdeal olmayan bir kürsü, prinsipsiz və iradəsiz bir hərəkət, ağıllıya dəli, alimə cahil, qəhrəmana qorxaq deməkdir. Günaşırı taktiki gedişləri ilə qabaqdangəmişlik edən çürük kürsü idxalçılarına keçmişimizi tarixə baxaraq öyrənməyi tövsiyə edirəm. Heç olmasa mərhum Ömər Seyfəddinin "Nadan" adlı hekayəsindəki guşə vəziri, Çəhrayı incili kaftan əsərindəki Muhsin Çələbini oxumalarını məsləhət görürəm. 

Sputnik xəbər verir ki, bu fikirləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxşalı ötən gün ona "koalisiya quraq, baş nazir sən ol" təklifini irəli sürən Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna cavab verərkən belə deyib.

Baxçalı özünün Tvitter səhifəsində Kılıçdaroğlunun təklifinə belə şərh verib: "Uyğunlaşma, uzlaşma və iş birliyi həyata keçiriləcəksə, qırmızı nömrə sevdasından qırmızı xəttlərin səviyyəsinə gəlmək şərtdir və məcburidir. Öz xeyirlərini güdərək arxa otaqlarda müzakirələr üçün soyunub saxta alicənablıq nümayiş etdirənlər əvvəlcə səmimi davranmalıdırlar. Türkiyənin bu vəziyyətdən çıxması keçmiş 13 illə üzləşməsi hesabına mümkündür. Unutmayaq ki, kiçik adamlarla, qısa addımlarla böyük hədəflərə çatmaq olmaz. İdealı olanlar nəfsinə aldanmaz, ucuz istismarlara getməz. Müsəlmanlar Əndəlüsdən çəkilərkən Əl Hamra Sarayını ələ keçirənlər hər şeyi silərlər. Yalnız bu ifadələr batinə meydan oxuyurmuş kimi qalar: "Ve la galibe illallah”, yəni, qalib olan sadəcə Allahdır. Kiminsə bir planı varsa, Allahın da vardır. Hər bir hesabın üstündə müqəddəs bir hesab vardır." 


Teqlər:
Türkiyə

Əsas mövzular