06:16 11 Dekabr 2016
Canlı yayım
XƏBƏRLƏR

Abdulla Gülün həyat yoldaşı kitab yazıb

XƏBƏRLƏR
Qısa URL
13 0 0

Hayrünnisa Gül: Britaniya kraliçası II Elizabetə su börəyi, ABŞ prezidenti Barak Obamaya içli köftə, İtalya prezidenti Napolitano və arvadına nevzinə, Hollandiya kraliçası Beatriksə mantı bişirmişik.

BAKI, 21 iyun — Sputnik. Türkiyənin 11-ci prezidenti Abdulla Gülün həyat yoldaşı Hayrünnisa Gül kitab yazıb. Onun kitabında Kayseri bölgəsinə aid yemək reseptləri yer alıb.

Sputnik "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, xanım Gülün kitabı “Tarladan süfrəyə Kayseri yeməkləri" adlanır. 

Abdullah Gülün özü isə hələ 2010-cu ildə yemək bişirən Hayrünnisa xanımla birlikdə kameraların qarşısına çıxmış və xanımının bişirdiyi yeməkləri tərifləmişdi: “Doğrusu, Hayrünnisa xanım çox gözəl yemək bişirərdi. Mən prezident olandan sonra ən böyük itkilərimdən biri də o oldu ki, xanım yemək bişirmədi və ona deyirdim ki, bildiklərini də unudacaqsan." 

“Tarladan süfrəyə Kayseri yeməkləri” kitabının ön sözünde xanım Gül yemək mədəniyyətinin ölkənin tanıdılmasında əhəmiyyətli rol oynadığını bildirib. O, həyat yoldaşının prezidentliyi dövründə Türkiyəni ziyarət edən dövlət başçılarını və onların xanımlarını ənənəvi türk qonaqpərvərliyi ilə qarşıladıqlarını vurğulayıb. Prezident sarayının menyularından danışan xanım Gül deyib: “Köşk menyularında Anadolunun hər tərəfinin, Qara dənizdən Ağ dənizə, Egeydən Güneydoğu Anadoluya qədər hər bir bölgənin reseptləri sıx yer alırdı. Kayserili olduğumuz üçün əlbəttə ki, Kayseri mətbəxinin yeri məxsusi olurdu.”

Gül, kitabın ön sözündə Britaniya kraliçası II Elizabetə su börəyi, ABŞ prezidenti Barak Obamaya içli köftə, İtalya prezidenti Napolitano və arvadına nevzinə, Hollandiya kraliçası Beatriksə mantı bişirdiklərini yazıb. 

Hayrünnisa Gülün kitabında şorbalardan tutmuş isti yeməklərə, xəmir xörəklərindən tutmuş şirniyyatlara qədər 94 çeşid yemək resepti var. Kitab Gül ailəsinin Kayseridən olan aşbazı Hikmət xanım başda olmaqla digər aşbazlar tərəfindən hazırlanıb. 

Teqlər:
Türkiyə

Əsas mövzular