10:46 03 Dekabr 2016
Canlı yayım
Qəza

Qaxda baş verən avtoqəzada dörd nəfər həyatını itirib

fhn.gov.az
XƏBƏRLƏR
Qısa URL
36 0 0

Qax-Şəki yolunun 5-ci kilometrliyində vətəndaşlara məxsus minik avtomobillərinin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKI, 20 iyun — Sputnik. Qax-Şəki yolunun 5-ci kilometrliyində vətəndaşlara məxsus minik avtomobillərinin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına istinadən xəbər verir ki, nazirliyin xilasetmə qüvvələri “112” qaynar telefon xəttinə daxil olan bildirişə əsasən hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Niva” markalı minik avtomobilinin sərnişinləri 1991-ci il təvəllüdlü Əjdər Paşa oğlu Liftiyev və 1993-cü il təvəllüdlü Anar İftixar oğlu Zəminli, “Mercedes” makralı minik avtomobilinin sürücüsü Samir Teymur oğlu Məcidov və sərnişin 1986-ci il təvəllüdlü Pərvin Kamil oğlu Tosov hadisə yerində vəfat ediblər.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sıxılmış vəziyyətdə qalmış meyitləri avtomobillərdən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 20:51-də başa çatıb.

Əsas mövzular