03:51 04 Dekabr 2016
Canlı yayım
Süleyman Dəmirəlin dəfni

Dəmirəl uşaqlığında qoyun otardığı yerdə torpağa tapşırılıb

XƏBƏRLƏR
Qısa URL
41 0 0

Bu gün Dəmirəl vaxtilə qoyun güddüyü, sonra isə qardaşının əsərindən qürur duyduğu Çalcatəpədə son mənzilə yola salınıb.

BAKI, 20 iyun — Sputnik. Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl bu gün doğulub böyüdüyü ata ocağı, İspartanın Atabəy mahalının  İslamköy kəndində Çalcatəpə deyilən yerdəki məqbərədə torpağa tapşırılıb.

Dəmirəlin dəfnində siyasətçilərlə yanaşı Türkiyənin hər yerindən gəlmiş minlərlə adam iştirak edib. Dəmirəlin cənazəsi doğulduğu torpağa dünən axşam saatlarında gətirilib. Kəndlilər Dəmirəlin cənazəsi üstünə milyonlarla çiçək bağışlayıblar. 

Süleyman Dəmirəl
Süleyman Dəmirəl

Dəmirəlin dəfn mərasimində TBMM-nin sədri Cəmil Çiçək, xarici işlər naziri Mövlud Çavuşoğlu, baş nazirin müavini Bülənt Arınc, CHP sədri Kamal Qılıçdaroğlu, MHP sədri Dövlət Baxçalı, eks-prezident Əhməd Necdət Sezər, eks-spiker Köksal Topdan, bir sıra nazirlər, partiya liderləri, millət vəkilləri iştirak ediblər. Onun cənazəsinə Türkiyənin hər yerindən yüzlərlə gül çələngi göndərilib.

Dəmirəlin məhz Çalcatəpədə dəfn edilməsinin fəlsəfi bir mənası da var. O, uşaqlığında burada qoyun otarırmış. İki il əvvəl bu yerə 65 illik həyat yoldaşı Nəzmiyə Dəmirəli dəfn etmək üçün gəlmişdi. 

Süleyman Dəmirəlin qardaşı Şevket Dəmirəl illər əvvəl bu  boz çöllüyə 2 milyon ağac əkdirərək buranı cənnətə çevirmişdi. Süleyman Dəmirəl bura gələndə və yaşıllığı görəndə qardaşına təşəkkür edərək demişdi: "Buralar boz çöllük idi. Qardaşımın bu əsərindən qürur duyuram." 

Bu gün Dəmirəl vaxtilə qoyun güddüyü, sonra isə qardaşının əsərindən qürur duyduğu o nöqtədə son mənzilə yola salınıb. 


Əsas mövzular