21:21 09 Dekabr 2016
Canlı yayım
XƏBƏRLƏR

Türkiyə Belçika hökumətinə sərt reaksiya verib

XƏBƏRLƏR
Qısa URL
28 0 0

Türkiyə XİN: Ortada heç bir hüquqi sübut olmasına baxmayaraq, heç bir beynəlxalq məhkəmənin tanımadığı uydurma soyqırımla bağlı Belçika baş nazirinin həddini aşan ifadələri qəbul edilməzdir.

BAKI, 20 iyun – Sputnik. Türkiyə Xarici İşlər Nazirliyi (XIN) Belçika baş naziri Çarlz Mişelin uydurma erməni soyqırımı ilə bağlı bəyanatına sərt reaksiya göstərib.

Nazirlikdən verilən yazılı açıqlamada, Çarlz Mişelin işlətdiyi ifadələrin tarixi gerçəklikdən uzaq olduğu bildirilib.

“Ortada heç bir hüquqi sübut olmasına baxmayaraq, heç bir beynəlxalq məhkəmənin tanımadığı uydurma soyqırımla bağlı Belçika baş nazirinin həddini aşan ifadələri qəbul edilməzdir. Öz tarixinin qaranlıq səhifələri ilə üzləşməkdən boyun qaçıran Belçika hökuməti, uzun müddətdir ki, türk millətini ittiham edən bəyanatlar səsləndirərək siyasi reytinq qazanmaq məqsədi güdür. İslam düşmənçiliyinin hər keçən gün artaraq davam etdiyi Belçikanı, ikitərəfli münasibətlərə xələl gətirməməyə çağırırıq” — deyə Türkiyə XİN-in bəyənatında qeyd olunur.

Belçikanın baş naziri Çarlz Mişel iyunun 18-i Federal məclisdəki çıxışında 1915-ci il hadisələrini soyqırım olaraq tanıdıqlarını deyib.

Əsas mövzular