23:52 06 Dekabr 2016
Canlı yayım
İrəvanda mitinq

İrəvanda "Talana yox!" şüarı altında mitinq gedir

Newsarmenia
XƏBƏRLƏR
Qısa URL
Elektrik üsyanı (17)
18 0 0

İrəvanda elektrik enerjisinin bahalaşması əleyihinə kütləvi etiraz aksiyaları başlayıb.

BAKI, 20 iyun — Sputnik. İrəvanda elektrik enerjisinin bahalaşması əleyihinə kütləvi etiraz aksiyaları başlayıb.

Sputnik NewsArmenia-ya istinadən xəbər verir k, dünən İrəvanın "Azadlıq" meydanında “Talana yox!” şüarı altında keçirilən etiraz aksiyasına xeyli insan toplaşıb.

Mitinqçilərin meydandan çəkilmədiyini görən polis aksiya iştirakçılarına saat 23:00-ə qədər icazə verildiyini xatırladıb. “Sizə verilən vaxt başa çatdıqdan sonra aksiya qanunsuz xarakter daşıyacaq. Lakin "Sərbəst toplaşmaq azadlığı haqqında" qanun” pozmamaq şərti ilə aksiyanı davam etdirməyə icazə verilir.” — deyə İrəvanın polis rəisinin müavini Valeri Osepyan bildirib.

O, qanun pozuntusuna yol veriləcəyi təqdirdə, etirazçılara güc tətbiq olunacağı barədə xəbərdarlıq edib.

Aksiyaya çağırışı Ermənistanın Respublika Partiyası və Nairit zavodunun əməkdaşları edib. Meydana toplaşanlar arasında "Təsis parlamenti”nin üzvləri də var.

Aksiyanın gedişində "Talana yox!" təşəbbüsünün fəalları gözlənilmədən üç günlük oturaq nümayiş elan ediblər.

Nümayışçilər bildiriblər ki, iyunun 22-si saat 19.00-dək elektrik enerjisinin qiyməti endirilməsə, Prezident sarayına yürüş edəcəklər.

Ermənistanda elektrik enerjisinin qiyməti 16% bahalaşıb. 

Mövzu:
Elektrik üsyanı (17)

Əsas mövzular