09:58 08 Dekabr 2016
Canlı yayım
Dilan Ruf - Çalston kilsəsində qaradərililəri öldürən

Ruf kilsədə qətli valideynlərinin ona bağışladığı silahla törədib

saboteur365
XƏBƏRLƏR
Qısa URL
19 0 0

21 yaşlı gənc etiraf edib ki, qara dərililəri irqi münaqişə yaratmaq məqsədilə öldürüb.

BAKI, 19 iyun — Sputnik. ABŞ-ın Cənibi Karolina Ştatının Çalston şəhərindəki Afrika metodist yepiskop kilsəsində 9 nəfəri qətlə yetirən 21 yaşlı Dilan Ruf günahını boynuna alıb və ona qarşı məhkəmədə iş açılıb. 
Sputnik xəbər verir ki, Valideynləri məhkəmədə günahkarlıq içində göz yaşları axıdıblar və oğullarının bu hərəkətinə görə üzrxahlıq ediblər. 
Ruf özü isə bildirib ki, bu qətli yarım il ərzində planlaşdırıb. 

"O, irqi diskriminasiyanın və bu qəbildən olan şeylərin böyük tərəfdarı idi. Deyirdi ki, vətəndaş müharibəsi, ya da nəsə ona oxşar bir şey başlamaq istəyir, sonra isə özünü öldürmək." — deyə caninin tanışı Dalton Tayler bildirib. Onun sözlərinə görə, Rufun valideynləri ona odlu silah hədiyyə etmişdilər, amma onu özü ilə götürməyə yalnız ötən həftə icazə vermişdilər. Rufun digər tanışı Kriston Skrayven xatırlayır ki, keçən həftə Dilan bir neçə adamı öldürməyi planlaşdırdığını deyib. Onda bu sözü heç kəs ciddi qəbul eləməyib. "O qəribədir. Bilmək olmur ki, nə vaxt ciddi danışır, nə vaxt yox" — deyə Skrayven bildirib. 

Ruf iyunun 17-də axşam şəhərin qara dərili sakinləri arasında çox populyar olan kilsədə atəş açıb. İlkin məlumatlara görə, Ruf bir saata yaxın Bibliyanı tədris edən məşğələnin keçirildiyi binada olub, sonra atəş açıb. Altı qadın və aralarında pastorla Cənubi Karolina ştatının qanunverici orqanının senatoru Klementa Pinkninin də olduğu üç kişini öldürüb. 

Daha əvvəl Ruf iki dəfə həbs olunub: özəl əraziyə qanunsuz daxil olmağa görə və narkotiklə bağlı. CBS telekanalının məlumatına görə, Ruf güclü təsir edən "subokson" adlı narkotikdən istifadə edirmiş. Fevral ayında onu ştatın ticarət mərkəzlərindən birində qəribə davranışlarına görə saxlayıblar. Sonra məlum olub ki, o, preparatın təsiri altındadır. Rufun keçmiş sinif yoldaşları jurnıistlərə bildiriblər ki, o, tez-tez marixuanadan daha güclü narkotik maddələr qəbul edirdi. 

Teqlər:
ABŞ

Əsas mövzular