21:18 09 Dekabr 2016
Canlı yayım
Harri - Uels şahzadəsi

Şahzadə Diananın oğlu fil kərgədanları qoruyacaq

priznanie-v-lubvi
XƏBƏRLƏR
Qısa URL
24 0 0

On illik hərbi xidmətini başa vuran Uels taxt-tacının varisi könüllü olaraq Namibiya, Cənubi Afrika, Tanzaniya və Botsvanada reyncerlər qrupunun tərkibində filləri və kərgədanları brakonyerlərdən qoruyacaq.

BAKI, 19 iyun — Sputnik. Şahzadə Harri on ildən artıq davam edən hərbi xidmətini başa vurub. Kensinqton sarayından bildiriblər ki, Birləşmiş Krallığın Hərbi Qüvvələrində xidmət etmək kral nəslindən olan oğlanlar üçün böyük şrəfdir.

Sputnik Sky News-a istinadən xəbər verir ki, yaxın üz ay ərzində şahzədə könüllü olaraq Namibiya, Cənubi Afrika, Tanzaniya və Botsvananı ziyarət etməyə hazırlaşır. O, bu ölkələrdə reyncerlər qrupunun tərkibində filləri və kərgədanları brakonyerlərdən qoruyacaq. 

Xidmətdə qalmaq barədə planlarını Harri fevralda açıqlayacaq. Onda məlum olacaq ki, bu barədə qərar qəbul etmək nə qədər çətindir. "Ordusuz nə edəcəyimi fikirləşmək mənə dəhşətli gəlir" — deyə o, bilidirb. Onun sözlərinə görə, hərbi xidmət ona böyük zpvq verib. 

Harri peşəkar hərbçidir. O, nüfuzlu Sandherst akademiyasında təhsil alıb və piyada qoşunların kapitanı rütbəsini alıb. 2007-2008-ci illərdə Harri Əfqanıstandakı hərbi əməliyyatlarda iştirak edib, sonra Avstraliyada xidmət edib. 

Uels şahzadəsi Henri Uels şahzadəsi Çarlzla şahzadə Diananın oğludur. O, Britaniya taxt-tacının ardıcıllıq üzrə beşinci varisidir.

Sarayda onu ailənin verdiyi adla Harri çağırırlar. Bu addan mediada da geniş istifadə edilir. 

 

 


Əsas mövzular