18:35 10 Dekabr 2016
Canlı yayım
Cənubi Azərbaycanda soyqırım

Alimlər Cənubi Azərbaycandakı soyqırımları araşdıracaqlar

1905
XƏBƏRLƏR
Qısa URL
15 0 0

AMEA-nın Şərqşünaslıq İnstitutu Türkiyənin Ərciyəs Universitetinin ədəbiyyat fakültəsinin Şərq dilləri bölümü ilə birlikdə 1918-1919-cu illərdə Cənubi Azərbaycanda baş verən soyqırım aktını araşdıracaqlar.

BAKI, 19 iyun — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutu Türkiyənin Ərciyəs Universitetinin ədəbiyyat fakültəsinin Şərq dilləri bölümü ilə yeni müqavilə bağlayıb.

Sputnik APA-ya istinadən xəbər verir ki, müqaviləyə əsasən tərəflər 1918-1919-cu illərdə Cənubi Azərbaycanda soyqırım aktını birgə araşdıracaqlar. Müqaviləni Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Gövhər Baxşəliyeva və Ərciyəs Universitetinin ədəbiyyat fakültəsinin Şərq dilləri bölümünün rəhbəri, professor Göksəl Türközü imzalayıb.

“Cənubi Azərbaycanda soyqırım aktı (1918-1919)” adlı layihənin məqsədi Türkiyə və İranın arxiv sənədlərində Cənubi Azərbaycanda ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərin aşkarlanması, araşdırılması və ictimaiyyətə çatdırılmasıdır.

Şərqşünas alimlər ermənilərin İranda, o cümlədən Cənubi Azərbaycanda məskunlaşma tarixi, onların yerli iqtisadi-ticarət sahələrində fəaliyyəti və sosial vəziyyəti, təşkilatlanması və bu işdə missioner təşkilatların rolu, o cümlədən ermənilərin azərbaycanlılara qarşı soyqırım aktlarının araşdırılması istiqamətində iş aparacaqlar.

Layihə çərçivəsində yaradılan işçi qrupunun müvafiq kitabxana və arxivlərdə çalışması üçün qarşılıqlı, eləcə də İrana ezamiyyətləri təşkil ediləcək.

Layihəni həyata keçirəcək İşçi qrupuna Şərqşünaslıq İnstitutundan “Cənubi Azərbaycan” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə və şöbə əməkdaşları, həmçinin Ərciyəs Universitetinin ədəbiyyat fakültəsinin Şərq dilləri bölümündən Qafar Çaxmaqlı, Unal Yoldaş, Əhməd Fərman Çələbi daxil ediliblər.

Əsas mövzular