14:30 07 Dekabr 2016
Canlı yayım
Ancelina Coli - Hollivud

Ancelina Coli Türkiyədəki Suriya qaçqınlarını ziyarət edib

on5yirmi5
XƏBƏRLƏR
Qısa URL
13 0 0

Hollivud ulduzunun Rəcəb Tayyib Ərdoğanla birlikdə Midyat düşərgəsinə gedəcəyi bildirilib.

BAKI, 19 iyun — Sputnik. Məşhur Hollivud ulduzu, BMT-nin xoşməramlı səfiri Ancelina Coli sabah suriyalı qaçqınların məskunlaşdığı Türkiyənin Midyat əyalətindəki çadır şəhərciyinə baş çəkəcək. "Hürriyət" qəzetinin verdiyi məlumata görə, Coli ilə eyni gündə sözügedən əyalətə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan da səfər edəcək. 

Bundan əvvəl Hatay bölgəsindəki qaçqın düşərgələrini gəzən Colinin Midyata getmək üçün Türk hökumətindən icazə istədiyi və bu icazənin verildiyi bildirilib. 

İddialara görə, Ərdoğanla Jolinin Midyata səfər proqramları eynidir. Hələlik rəsmi qaynaqlar Jolinin proqramına icazə verildiyini təsdiqləsələr də, onun Ərdoğanla birlikdə Midyatı ziyarət edəcəyini təsdiqləməkdən imtina ediblər. 

Əsas mövzular