10:47 03 Dekabr 2016
Canlı yayım
Aleksey Müller - Qazprom

Müller: Qazprom Azərbaycana qaz ixrac etməyə hazırdır

gazprom.com
XƏBƏRLƏR
Qısa URL
26 0 0

Azərbaycanın iqtisadi inkişafı ilə əlaqədar olaraq daxili bazarda qaza təlabat artdığından “Qazprom” bu ölkəyə lazımı həcmdə qaz ixrac edə bilər.

BAKI, 19 iyun-Sputnik. Qazprom və SOCAR  rəhbərləri enerji sahəsində qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Sputnik Qazprom-un rəsmi saytına istinadən xəbər verir ki, bu gün Sankt Peterburqda Beynəlxalq İqtisadi Forum çərçivəsində  Qazpromun İdarə Heyətinin sədri Aleksey Müllerlə SOCAR prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.

Görüşdə tərəflər enerji sahəsində gələcək əməkdaşlığın perspektiv inkişafını müzakirə ediblər.

Müller deyib ki, Azərbaycanın iqtisadi inkişafı ilə əlaqədar olaraq daxili bazarda qaza təlabat artdığından “Qazprom” bu ölkəyə lazımı həcmdə qaz ixrac edə bilər.

Əsas mövzular