06:16 11 Dekabr 2016
Canlı yayım
Danimarka sağçılarının lideri Kristian Dal

Danimarkada mühafizəkarlar səslərini artırdı

wpengine.netdna-cdn.com
XƏBƏRLƏR
Qısa URL
5 0 0

Danimarkada keçirilən parlament seçkilərində hakim Sosial-demokrat partiyası səs çoxluğu ilə qalib gəlsə də təkbaşına hökumət qurmaq üçün lazım olan səs faizini yığa bilməyib.

BAKI, 19 iyun – Sputnik. Danimarkada keçirilən parlament seçkilərində hakim Sosial-demokrat partiyası səs çoxluğu ilə qalib gəlsə də təkbaşına hökumət qurmaq üçün lazım olan səs faizini yığa bilməyib.

Seçkinin nəticələri açıqlandıqdan sonra baş nazir Helle Şmit istefa verib. 

Radikal mühafizəkar Danimarka Xalq partiyası isə seçkilərdə sürprizə imza ataraq səs faizini çoxaldıb. Ölkənin immiqrantlarla bağlı siyasətini hər dəfə sərt sözlərlə tənqid edən partiya lideri Kristian Dal nəticədən məmnun qaldıqlarını deyib. 

“Böyük şəhərlərdə arzuladığımız səs çoxluğunu əldə edə bilməsək də, ümumilikdə ölkə miqyasında səsimizi artırdıq. Bu bizi çox sevindirir” deyə K.Dal bildirib. 

Radikal sağçı Kristian Dal Türkiyənin Avropa Birliyi üzvlüyünə qarşı sərt müxalif kimliyi ilə də tanınır. O, hətta ölkəsinin AB üzvlüyünün də referenduma təqdim edilməsini müdafiə edir.

Baş nazir Helle Şmitin istefa verməsindən sonra koalisiya qurma vəzifəsi müxalifətdə olan Liberal partiyanın lideri Lars Lokkeyə verilib. O isə öz növbəsində Liberal partiyadan daha çox səs yığan Radikal Mühafizəkarlarla koalisiya hökuməti qurmağa çalışacaq. Bunun üçün Lars Lokkenin sağçılara xeyli güzəştə gedəcəyi bildirilir. 

Əsas mövzular